نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5295 | 68 | 24 | أن لا يدخلنها اليوم عليكم مسكين |
| | | “(Elə edin ki) bu gün orada yanınıza heç bir yoxsul soxulmasın!” |
|
5296 | 68 | 25 | وغدوا على حرد قادرين |
| | | Onlar (yoxsulları) bağa buraxmağa qadir olacaqlarını güman edərək erkən getdilər. [Və ya: Onlar gücləri yetdiyi halda (yoxsulları) yardımdan məhrum etməkdən ötrü sübh tezdən yola düzəldilər] |
|
5297 | 68 | 26 | فلما رأوها قالوا إنا لضالون |
| | | (Bağı) bu vəziyyətdə (yanıb külə dönmüş) gördükdə dedilər: “Yəqin ki, (yolumuzu) azmışıq! |
|
5298 | 68 | 27 | بل نحن محرومون |
| | | Xeyr, biz (bağımızın bərəkətindən) məhrum olmuşuq!” |
|
5299 | 68 | 28 | قال أوسطهم ألم أقل لكم لولا تسبحون |
| | | Onların ən ağıllısı (və insaflısı) dedi: “Məgər mən sizə (Allahı) həmd-səna ilə təqdis etməli olduğunuzu demədimmi?!” |
|
5300 | 68 | 29 | قالوا سبحان ربنا إنا كنا ظالمين |
| | | Onlar: “Rəbbimiz pakdır, müqəddəsdir! Həqiqətən, biz zalım idik!” – dedilər. |
|
5301 | 68 | 30 | فأقبل بعضهم على بعض يتلاومون |
| | | Onlar bir-birini danlamağa başladılar. |
|
5302 | 68 | 31 | قالوا يا ويلنا إنا كنا طاغين |
| | | Və dedilər: “Vay halımıza! Biz azğınlıq (tüğyan) edirdik. |
|
5303 | 68 | 32 | عسى ربنا أن يبدلنا خيرا منها إنا إلى ربنا راغبون |
| | | Ola bilsin ki, Rəbbimiz (tövbəmizi qəbul buyurub) onun əvəzinə bizə daha yaxşısını versin. Biz Rəbbimizdən (bizi bağışlamasını, bizə mərhəmət əta etməsini) diləyirik!” |
|
5304 | 68 | 33 | كذلك العذاب ولعذاب الآخرة أكبر لو كانوا يعلمون |
| | | (Dünyadakı) əzab belədir. Şübhəsiz ki, axirət əzabı daha şiddətlidir. Kaş biləydilər! |
|