نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5265 | 67 | 24 | قل هو الذي ذرأكم في الأرض وإليه تحشرون |
| | | De: “Sizi yer üzünə yayıb səpələyən Odur. (Qiyamət günü) Onun hüzuruna toplanacaqsınız!” |
|
5266 | 67 | 25 | ويقولون متى هذا الوعد إن كنتم صادقين |
| | | Onlar (müşriklər) deyirlər: “Əgər doğru danışanlardansınızsa, (bir xəbər verin görək) bu və’d (haqq-hesab, cəza) nə vaxt yerinə yetəcəkdir?” |
|
5267 | 67 | 26 | قل إنما العلم عند الله وإنما أنا نذير مبين |
| | | De: “Onu bilmək yalnız Allaha məxsusdur. Mən isə ancaq (sizi Allahın əzabı ilə) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” |
|
5268 | 67 | 27 | فلما رأوه زلفة سيئت وجوه الذين كفروا وقيل هذا الذي كنتم به تدعون |
| | | Kafirlər əzabın yaxınlaşdığını gördükləri zaman üzləri eybəcər kökə düşəcək (qaralacaq) və onlara: “Sizin (dünyada) istədiyiniz (və həmişə istehza edib inanmadığınız) əzab budur!” – deyiləcəkdir. |
|
5269 | 67 | 28 | قل أرأيتم إن أهلكني الله ومن معي أو رحمنا فمن يجير الكافرين من عذاب أليم |
| | | (Ya Peyğəmbər! Bu müşriklərə) de: “Bir deyin görək, istər Allah məni və mənimlə birlikdə olanları məhv etsin, istərsə də bizə bir mərhəmət əta etsin; siz kafirləri şiddətli əzabdan (Allahın əzabından) kim qurtara bilər?! (Biz ölsək də, qalsaq da, bu sizə heç bir fayda verməz. Allahın əzabından nicat tapmaq üçün ancaq Onun haqq dininə iman gətirmək lazımdır!) |
|
5270 | 67 | 29 | قل هو الرحمن آمنا به وعليه توكلنا فستعلمون من هو في ضلال مبين |
| | | De: “O bizim iman gətirdiyimiz və təvəkkül etdiyimiz Rəhmandır. Kimin (haqq yoldan) açıq-aydın azmış olduğunu (tezliklə) biləcəksiniz!” |
|
5271 | 67 | 30 | قل أرأيتم إن أصبح ماؤكم غورا فمن يأتيكم بماء معين |
| | | De: “Bir söyləyin görək, əgər suyunuz çəkilib (yerin dibinə) getsə, (Allahdan başqa) kim sizə axar su gətirə bilər?! |
|
5272 | 68 | 1 | بسم الله الرحمن الرحيم ن والقلم وما يسطرون |
| | | Nun! And olsun qələmə və (mələklərin) yazdıqlarına (yaxud lövhi-məhfuzda yazılanlara) ki, |
|
5273 | 68 | 2 | ما أنت بنعمة ربك بمجنون |
| | | Sən (ya Rəsulum!) Rəbbinin ne’məti sayəsində divanə deyisən! |
|
5274 | 68 | 3 | وإن لك لأجرا غير ممنون |
| | | Və həqiqətən, səni minnətsiz (tükənmək bilməyən) mükafat gözləyir! |
|