نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5258 | 67 | 17 | أم أمنتم من في السماء أن يرسل عليكم حاصبا فستعلمون كيف نذير |
| | | Ya da ki, göydə Olanın üstünüzə daşlar yağdırmayacağına əminsinizmi? Siz, Mənim xəbərdarlığımın necə nəticələr verdiyini biləcəksiniz. |
|
5259 | 67 | 18 | ولقد كذب الذين من قبلهم فكيف كان نكير |
| | | Müşriklərdən əvvəlkilər də bunu yalançı hesab etmişdilər. Görəydin Mənim onları həlak etməyim necə oldu! |
|
5260 | 67 | 19 | أولم يروا إلى الطير فوقهم صافات ويقبضن ما يمسكهن إلا الرحمن إنه بكل شيء بصير |
| | | Məgər onlar başları üzərində dəstə-dəstə pərvazlanıb uçan, hərdən də qanadlarını yığan quşları görmürlərmi? Onları havada ancaq Mərhəmətli Allah saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. |
|
5261 | 67 | 20 | أمن هذا الذي هو جند لكم ينصركم من دون الرحمن إن الكافرون إلا في غرور |
| | | Ya da Mərhəmətli Allahdan başqa sizə kömək edə biləcək qoşununuz varmı? Kafirlər ancaq aldanmaqdadırlar! |
|
5262 | 67 | 21 | أمن هذا الذي يرزقكم إن أمسك رزقه بل لجوا في عتو ونفور |
| | | Ya da O Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər? Xeyr, onlar təkəbbür göstərməkdə və haqdan qaçmaqda davam edirlər. |
|
5263 | 67 | 22 | أفمن يمشي مكبا على وجهه أهدى أمن يمشي سويا على صراط مستقيم |
| | | Elə isə üzü üstə sürünərək gedən daha doğru yoldadır, yoxsa düz yolda özü şax gedən? |
|
5264 | 67 | 23 | قل هو الذي أنشأكم وجعل لكم السمع والأبصار والأفئدة قليلا ما تشكرون |
| | | De: “Sizi yaradan, sizə qulaq, göz və ürək verən Odur. Necə də az şükür edirsiniz!” |
|
5265 | 67 | 24 | قل هو الذي ذرأكم في الأرض وإليه تحشرون |
| | | De: “Sizi yer üzünə yayan da Odur. Siz Onun hüzuruna toplanılacaqsınız!” |
|
5266 | 67 | 25 | ويقولون متى هذا الوعد إن كنتم صادقين |
| | | Onlar deyirlər: “Əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq?” |
|
5267 | 67 | 26 | قل إنما العلم عند الله وإنما أنا نذير مبين |
| | | De: “Buna aid bilgi yalnız Allah yanındadır. Mən isə ancaq xəbərdar və bəyan edənəm!” |
|