نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5245 | 67 | 4 | ثم ارجع البصر كرتين ينقلب إليك البصر خاسئا وهو حسير |
| | | Sonra göz gəzdirib təkrar bax. Göz zəlil və yorğun halda özünə tərəf dönəcəkdir. |
|
5246 | 67 | 5 | ولقد زينا السماء الدنيا بمصابيح وجعلناها رجوما للشياطين وأعتدنا لهم عذاب السعير |
| | | Biz sizə yaxın olan göyü ulduzlarla bəzədik və onları şeytanlara atılan alovlar etdik. Biz onlar üçün yandırıb-yaxan od əzabı hazırlamışıq. |
|
5247 | 67 | 6 | وللذين كفروا بربهم عذاب جهنم وبئس المصير |
| | | Rəbbinə qarşı çıxanlar Cəhənnəm əzabına düçar olacaqlar. Ora nə pis dönüş yeridir. |
|
5248 | 67 | 7 | إذا ألقوا فيها سمعوا لها شهيقا وهي تفور |
| | | Onlar oraya vasil ediləndə onun dəhşətli uğultuyla qaynadığını eşidəcəklər. |
|
5249 | 67 | 8 | تكاد تميز من الغيظ كلما ألقي فيها فوج سألهم خزنتها ألم يأتكم نذير |
| | | Cəhənnəm, qəzəbindən az qala parçalansın. Hər dəfə bir dəstə oraya atılarkən Cəhənnəmin gözətçiləri onlardan soruşacaqlar: “Məgər sizə xəbərdarlıq edən bir peyğəmbər gəlməmişdi?” |
|
5250 | 67 | 9 | قالوا بلى قد جاءنا نذير فكذبنا وقلنا ما نزل الله من شيء إن أنتم إلا في ضلال كبير |
| | | Onlar deyəcəklər: “Əlbəttə, bizə qorxudan bir peyğəmbər gəlmişdi. Amma biz onu yalançı sayıb: “Allah heç bir şey nazil etməyib, siz də ancaq böyük bir azğınlıq içindəsiniz”– demişdik. |
|
5251 | 67 | 10 | وقالوا لو كنا نسمع أو نعقل ما كنا في أصحاب السعير |
| | | Onlar deyəcəklər: “Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!” |
|
5252 | 67 | 11 | فاعترفوا بذنبهم فسحقا لأصحاب السعير |
| | | Onlar öz günahlarını etiraf edəcəklər. Rədd olsun alovlu od sakinləri! |
|
5253 | 67 | 12 | إن الذين يخشون ربهم بالغيب لهم مغفرة وأجر كبير |
| | | Həqiqətən, öz Rəbbindən Onu görmədikləri halda qorxanlar üçün bağışlanma və böyük bir mükafat vardır. |
|
5254 | 67 | 13 | وأسروا قولكم أو اجهروا به إنه عليم بذات الصدور |
| | | Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir. |
|