نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5242 | 67 | 1 | بسم الله الرحمن الرحيم تبارك الذي بيده الملك وهو على كل شيء قدير |
| | | Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər ucadır (nə qədər uludur). O, hər şeyə qadirdir! |
|
5243 | 67 | 2 | الذي خلق الموت والحياة ليبلوكم أيكم أحسن عملا وهو العزيز الغفور |
| | | Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq (bəlli etmək) üçün ölümü və həyatı yaradan Odur. O, yenilməz qüvvət sahibidir, (çox) bağışlayandır. |
|
5244 | 67 | 3 | الذي خلق سبع سماوات طباقا ما ترى في خلق الرحمن من تفاوت فارجع البصر هل ترى من فطور |
| | | Yeddi göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur. (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq (çatdaq, nöqsan) görə bilərsənmi?! |
|
5245 | 67 | 4 | ثم ارجع البصر كرتين ينقلب إليك البصر خاسئا وهو حسير |
| | | Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır! |
|
5246 | 67 | 5 | ولقد زينا السماء الدنيا بمصابيح وجعلناها رجوما للشياطين وأعتدنا لهم عذاب السعير |
| | | And olsun ki, Biz dünya səmasını (yerə ən yaxın olan göyü) qəndillərlə (ulduzlarla) bəzədik, onları şeytanlara atılan mərmilər etdik və onlar (şeytanlar) üçün yandırıb-yaxan alovlu atəş əzabı hazırladıq. |
|
5247 | 67 | 6 | وللذين كفروا بربهم عذاب جهنم وبئس المصير |
| | | Rəbbini inkar edənləri cəhənnəm əzabı gözləyir. Ora necə də pis məskəndir! |
|
5248 | 67 | 7 | إذا ألقوا فيها سمعوا لها شهيقا وهي تفور |
| | | Onlar (özləri kimi kafirlərlə) qaynayan Cəhənnəmə atıldıqları zaman onun dəhşətli uğultusunu eşidəcəklər! |
|
5249 | 67 | 8 | تكاد تميز من الغيظ كلما ألقي فيها فوج سألهم خزنتها ألم يأتكم نذير |
| | | O, (kafirlərə olan) qeyzindən az qala parça-parça olsun. Hər hansı bir tayfa ora (Cəhənnəmə) atıldıqca onun gözətçiləri onlardan (məzəmmətlə): “Məgər sizə (Allahın əzabı ilə) qorxudan bir peyğəmbər gəlməmişdimi?” – deyə soruşacaqlar. |
|
5250 | 67 | 9 | قالوا بلى قد جاءنا نذير فكذبنا وقلنا ما نزل الله من شيء إن أنتم إلا في ضلال كبير |
| | | Onlar deyəcəklər: “Bəli, bizə (Allahın əzabı ilə) qorxudan peyğəmbər gəlmişdi. Amma biz (onu) yalançı sayıb demişdik: “Allah heç bir şey (vəhy) nazil etməmişdir. Siz sadəcə olaraq (haqdan) çox azmısınız!” |
|
5251 | 67 | 10 | وقالوا لو كنا نسمع أو نعقل ما كنا في أصحاب السعير |
| | | Onlar: “Əgər biz (peyğəmbərlərin öyüd-nəsihətinə) qulaq asıb ağlımızı başımıza yığsaydıq, cəhənnəm əhli içində olmazdıq!” – deyəcək, |
|