نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5222 | 65 | 5 | ذلك أمر الله أنزله إليكم ومن يتق الله يكفر عنه سيئاته ويعظم له أجرا |
| | | Bu, Allahın sizə nazil etdiyi buyuruğudur. Kim Allahdan qorxsa, Allah onun (günahlarının) üstünü örtər və (axirətdə) mükafatını artırar. |
|
5223 | 65 | 6 | أسكنوهن من حيث سكنتم من وجدكم ولا تضاروهن لتضيقوا عليهن وإن كن أولات حمل فأنفقوا عليهن حتى يضعن حملهن فإن أرضعن لكم فآتوهن أجورهن وأتمروا بينكم بمعروف وإن تعاسرتم فسترضع له أخرى |
| | | Onları (boşadığınız, lakin gözləmə müddətləri sona yetməmiş qadınları) imkanınız çatdığı qədər öz yaşadığınız yerdə sakin edin. (Bu qadınları) sıxışdırmaq (evdən çıxıb getməyə məcbur etmək) məqsədilə onlara zərər (əziyyət) verməyə cəhd göstərməyin. Əgər onlar hamilədirlərsə, bari-həmləni yerə qoyana qədər xərclərini verin. (Həmin qadınlar gözləmə müddətləri qurtarandan sonra) sizin üçün uşaq əmizdirirlərsə, onların (süd) haqqını verin (çünki onlar artıq sizin uşaqlarınıza süd verməyə borclu deyillər). Öz aranızda yaxşılıqla (şəriətə müvafiq şəkildə) sazişə gəlin. Əgər (bu məsələdə) çətinliyə düşsəniz (bir-birinizlə razılığa gələ bilməsəniz), onu (uşağı) başqa bir qadın əmizdirə bilər. |
|
5224 | 65 | 7 | لينفق ذو سعة من سعته ومن قدر عليه رزقه فلينفق مما آتاه الله لا يكلف الله نفسا إلا ما آتاها سيجعل الله بعد عسر يسرا |
| | | Varlı-karlı olan öz varına görə (süd haqqı) versin. İmkanı az olan isə Allahın ona verdiyindən versin. Allah heç kəsi Özünün ona verdiyindən artıq xərcləməyə məcbur etməz. Allah hər bir çətinlikdən sonra asanlıq (yoxsulluqdan sonra dövlət) əta edər. |
|
5225 | 65 | 8 | وكأين من قرية عتت عن أمر ربها ورسله فحاسبناها حسابا شديدا وعذبناها عذابا نكرا |
| | | Neçə-neçə məmləkət (əhli) öz Rəbbinin və Onun peyğəmbərinin əmrindən çıxdı. Biz də onlara şiddətli cəza verib görünməmiş müdhiş əzaba düçar etdik. |
|
5226 | 65 | 9 | فذاقت وبال أمرها وكان عاقبة أمرها خسرا |
| | | Onlar əməllərinin cəzasını aldılar və axırda işləri ziyana uğramaq oldu. |
|
5227 | 65 | 10 | أعد الله لهم عذابا شديدا فاتقوا الله يا أولي الألباب الذين آمنوا قد أنزل الله إليكم ذكرا |
| | | Allah onlar üçün şiddətli əzab hazırladı. Ey iman gətirmiş ağıl sahibləri, Allahdan qorxun! Allah sizin üçün Qur’an nazil etmiş, |
|
5228 | 65 | 11 | رسولا يتلو عليكم آيات الله مبينات ليخرج الذين آمنوا وعملوا الصالحات من الظلمات إلى النور ومن يؤمن بالله ويعمل صالحا يدخله جنات تجري من تحتها الأنهار خالدين فيها أبدا قد أحسن الله له رزقا |
| | | Və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura (küfrdən imana) çıxartmaq üçün Allahın açıq-aşkar (halal-haramı bəyan edən) ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir. Kim Allaha iman gətirib yaxşı iş görsə, (Allah) onu (mö’minlərin) əbədi qalacaqları, (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Həqiqətən, Allah ona gözəl ruzi əta etmişdir! |
|
5229 | 65 | 12 | الله الذي خلق سبع سماوات ومن الأرض مثلهن يتنزل الأمر بينهن لتعلموا أن الله على كل شيء قدير وأن الله قد أحاط بكل شيء علما |
| | | Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elm (Öz əzəli elmi) ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar. |
|
5230 | 66 | 1 | بسم الله الرحمن الرحيم يا أيها النبي لم تحرم ما أحل الله لك تبتغي مرضات أزواجك والله غفور رحيم |
| | | Ya Peyğəmbər! Zövcələrinin (səndən) razı qalmasını diləyərək Allahın sənə halal etdiyi şeyi (dünya ləzzətini) niyə özünə haram (qadağan) edirsən? Allah bağışlayandır, rəhm edəndir! |
|
5231 | 66 | 2 | قد فرض الله لكم تحلة أيمانكم والله مولاكم وهو العليم الحكيم |
| | | Həqiqətən, Allah (halal bir şeyi özünüzə haram etmək barəsində içdiyiniz) andlarınızı (kəffarə verməklə) geri götürməyi vacib (qanuni) etmişdir. Allah sizin ixtiyar sahibinizdir. O (hər şeyi) biləndir, hikmət sahibidir! |
|