نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5134 | 59 | 8 | للفقراء المهاجرين الذين أخرجوا من ديارهم وأموالهم يبتغون فضلا من الله ورضوانا وينصرون الله ورسوله أولئك هم الصادقون |
| | | (Bu qənimət) yurdlarından qovulub çıxardılmış, Allahdan mərhəmət və riza diləyən, Allaha və Onun Peyğəmbərinə kömək edən yoxsul mühacirlərə məxsusdur. Onlar (imanlarında, sözlərində və işlərində) doğru olan kimsələrdir! |
|
5135 | 59 | 9 | والذين تبوءوا الدار والإيمان من قبلهم يحبون من هاجر إليهم ولا يجدون في صدورهم حاجة مما أوتوا ويؤثرون على أنفسهم ولو كان بهم خصاصة ومن يوق شح نفسه فأولئك هم المفلحون |
| | | Onlardan (mühacirlərdən) əvvəl (Mədinədə) yurd salmış və (Muhəmməd əleyhissəlama qəlbən) iman gətirirmiş kimsələr (ənsar) öz yanlarına (şəhərlərinə) mühacirət edənləri sevər, onlara verilən qənimətə görə ürəklərində həsəd (qəzəb) duymaz, özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar. (Allah tərəfindən) nəfsinin xəsisliyindən (tamahından) qorunub saxlanılan kimsələr – məhz onlar nicat tapıb səadətə (Cənnətə) qovuşanlardır! |
|
5136 | 59 | 10 | والذين جاءوا من بعدهم يقولون ربنا اغفر لنا ولإخواننا الذين سبقونا بالإيمان ولا تجعل في قلوبنا غلا للذين آمنوا ربنا إنك رءوف رحيم |
| | | Onlardan (mühacirlərdən və ənsarlardan) sonra gələnlər belə deyirlər: “Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş (din) qardaşlarımızı bağışla. Bizim qəlblərimizdə iman gətirənlərə qarşı kinə (həsədə) yer vermə. Ey Rəbbimiz! Sən, həqiqətən, şəfqətlisən, mərhəmətlisən!” |
|
5137 | 59 | 11 | ألم تر إلى الذين نافقوا يقولون لإخوانهم الذين كفروا من أهل الكتاب لئن أخرجتم لنخرجن معكم ولا نطيع فيكم أحدا أبدا وإن قوتلتم لننصرنكم والله يشهد إنهم لكاذبون |
| | | (Ya Peyğəmbər) Məgər kitab əhlindən kafir olan qardaşlarına: “Əgər (siz öz yurdunuzdan) çıxarılsanız, biz də sizinlə birlikdə mütləq (yurdumuzdan) çıxacaq, sizin əleyhinizə heç vaxt heç kəsə qoşulub tabe olmayacağıq. Əgər (mö’minlər) sizinlə vuruşsalar, şübhəsiz ki, sizə yardım edəcəyik!” – deyən münafiqləri görmədinmi? Allah onların xalis yalançı olduğuna şahiddir! |
|
5138 | 59 | 12 | لئن أخرجوا لا يخرجون معهم ولئن قوتلوا لا ينصرونهم ولئن نصروهم ليولن الأدبار ثم لا ينصرون |
| | | And olsun ki, əgər onlar (Bəni Nəzər qəbiləsi) yurdlarından çıxarılsalar, (münafiqlər) onlarla birlikdə (öz yurdlarından) çıxmazlar. Əgər (mö’minlər) onlarla vuruşsalar, (münafiqlər) onlara (yəhudilərə) kömək etməzlər. Yox, əgər (münafiqlər) onlara yardım etmiş olsalar, (özləri məğlubiyyətə uğrayaraq) arxa çevirib qaçar, sonra da onlara (Bəni Nəzir qəbiləsinə) heç bir kömək olunmaz! |
|
5139 | 59 | 13 | لأنتم أشد رهبة في صدورهم من الله ذلك بأنهم قوم لا يفقهون |
| | | (Ey mö’minlər!) Onların (münafiqlərlə yəhudilərin) ürəklərinə qorxu salan Allahdan çox sizsiniz. Bu isə onların (Allahın əzəmət və heybətini) anlamaz bir qövm olduqlarına görədir. |
|
5140 | 59 | 14 | لا يقاتلونكم جميعا إلا في قرى محصنة أو من وراء جدر بأسهم بينهم شديد تحسبهم جميعا وقلوبهم شتى ذلك بأنهم قوم لا يعقلون |
| | | Onlar (münafiqlərlə yəhudilər) hamılıqla sizə qarşı ancaq möhkəm şəhərlərdə (kəndlərdə), yaxud divar arxasında (qala içərisində) olarkən döyüşərlər (başqa şəraitdə sizinlə vuruşmağa cür’ət etməzlər). Onların öz aralarındakı vuruşmaları (və düşmənçilikləri) isə çox güclüdür. (Ya Peyğəmbər!) Sən onların əlbir olduqlarını güman edirsən, lakin onların qəlbləri dağınıqdır. Bunun səbəbi onların ağılsız bir qövm olmalarıdır. |
|
5141 | 59 | 15 | كمثل الذين من قبلهم قريبا ذاقوا وبال أمرهم ولهم عذاب أليم |
| | | Onlar özlərindən bir az əvvəl əməllərinin cəzasını (dünyada) dadmış kimsələrə (Bədrdə məğlub olmuş Məkkə müşriklərinə) bənzəyirlər. Onları (axirətdə) şiddətli bir əzab gözləyir. |
|
5142 | 59 | 16 | كمثل الشيطان إذ قال للإنسان اكفر فلما كفر قال إني بريء منك إني أخاف الله رب العالمين |
| | | (Münafiqlər Bəni Nəzir yəhudilərini aldatması) Şeytana (Şeytanın insanı aldatmasına) bənzəyir. O, insana: “Kafir ol!” – deyər. (İnsan) kafir olan kimi (Şeytan onu qoyub qaçaraq): “Mənim səninlə heç bir əlaqəm yoxdur. Mən aləmlərin Rəbbi olan Allahdan qorxuram!” – deyər. |
|
5143 | 59 | 17 | فكان عاقبتهما أنهما في النار خالدين فيها وذلك جزاء الظالمين |
| | | Onların hər ikisinin (Şeytanla onun aldatdığı adamın, eləcə də münafiqlərlə Bəni Nəzir qəbiləsinin) aqibəti cəhənnəm odu içində həmişəlik qalmaqdır. Zalımların (kafirlərin) cəzası budur! |
|