نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5114 | 58 | 10 | إنما النجوى من الشيطان ليحزن الذين آمنوا وليس بضارهم شيئا إلا بإذن الله وعلى الله فليتوكل المؤمنون |
| | | Şübhəsiz ki, (bir yerə yığışıb günaha, düşmənçiliyə bais olan) məxfi danışma (pıçıldaşma) iman gətirənləri mə’yus edib kədərləndirmək üçün olan Şeytan əməlindəndir. Halbuki Allahın izni olmadıqca (Şeytan) onlara heç bir zərər yetirə bilməz. Mö’minlər yalnız Allaha təvəkkül etsinlər! |
|
5115 | 58 | 11 | يا أيها الذين آمنوا إذا قيل لكم تفسحوا في المجالس فافسحوا يفسح الله لكم وإذا قيل انشزوا فانشزوا يرفع الله الذين آمنوا منكم والذين أوتوا العلم درجات والله بما تعملون خبير |
| | | Ey iman gətirənlər! Sizə: “Məclislərdə (mö’min qardaşlarınıza) yer verin!” – deyildiyi zaman (onlara) yer verin ki, Allah da sizə (Cənnətdə) geniş yer versin. Eləcə də sizə: “Qalxın!” deyildikdə qalxın ki, Allah da sizdən iman gətirənlərin və (xüsusilə) elm bəxş edilmiş kimsələrin dərəcələrini ucaltsın. Allah etdiyiniz əməllərdən xəbərdardır! |
|
5116 | 58 | 12 | يا أيها الذين آمنوا إذا ناجيتم الرسول فقدموا بين يدي نجواكم صدقة ذلك خير لكم وأطهر فإن لم تجدوا فإن الله غفور رحيم |
| | | Ey iman gətirənlər! Peyğəmbərlə (hər hansı bir iş barəsində) məxfi danışacağınız zaman bu danışıqdan əvvəl (ona hörmət əlaməti olaraq yoxsullara) sədəqə verin. Bu (əməl) sizin üçün (Allah yanında) daha xeyirli, daka pakdır. Əgər (sədəqə verməyə) bir şey tapmasanız (ürəyinizi qısmayın). Çünki Allah bağışlayandır, rəhm edəndir! |
|
5117 | 58 | 13 | أأشفقتم أن تقدموا بين يدي نجواكم صدقات فإذ لم تفعلوا وتاب الله عليكم فأقيموا الصلاة وآتوا الزكاة وأطيعوا الله ورسوله والله خبير بما تعملون |
| | | Məgər siz (Peyğəmbərlə) məxfi danışmazdan əvvəl sədəqə verməkdən qorxdunuzmu? Madam ki, siz (bunu) etmədiniz (sədəqə vermədiniz) və Allah da tövbənizi qəbul buyurdu, onda namaz qılıb zəkat verin, Allaha və Onun Peyğəmbərinə itaət edin. Allah nə etdiklərinizdən xəbərdardır! |
|
5118 | 58 | 14 | ألم تر إلى الذين تولوا قوما غضب الله عليهم ما هم منكم ولا منهم ويحلفون على الكذب وهم يعلمون |
| | | (Ya Peyğəmbər!) Məgər onların (münafiqlərin) Allahın qəzəbləndiyi bir tayfanı (yəhudiləri) özlərinə dost tutduqlarını (mö’min müsəlmanların sirlərini onlara verdiklərini) görmədinmi? Onlar nə sizdəndirlər, nə də onlardan. Onlar (özlərinin riyakar olduqlarını) bilə-bilə (Allaha və Muhəmməd əleyhissəlama iman gətirdikləri barədə) yalandan and içirlər. |
|
5119 | 58 | 15 | أعد الله لهم عذابا شديدا إنهم ساء ما كانوا يعملون |
| | | Allah onlar üçün şiddətli bir əzab hazırlamışdır. Onların etdiyi əməllər necə də pisdir! |
|
5120 | 58 | 16 | اتخذوا أيمانهم جنة فصدوا عن سبيل الله فلهم عذاب مهين |
| | | Onlar andlarını özlərinə sipər etdilər və (xalqı) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir. |
|
5121 | 58 | 17 | لن تغني عنهم أموالهم ولا أولادهم من الله شيئا أولئك أصحاب النار هم فيها خالدون |
| | | Onları nə malları, nə də övladları heç bir vəchlə Allahdan (Allahın əzabından) qurtara bilməz. Onlar cəhənnəmlikdirlər və orada əbədi qalacaqlar. |
|
5122 | 58 | 18 | يوم يبعثهم الله جميعا فيحلفون له كما يحلفون لكم ويحسبون أنهم على شيء ألا إنهم هم الكاذبون |
| | | Allah onların hamısını dirildəcəyi gün onlar sizə (yalandan) and içdikləri kimi, Allaha da and içəcək və (bununla axirətdə) bir şey qazanacaqlarını zənn edəcəklər. Bilin ki, onlar əsl yalançıdırlar! |
|
5123 | 58 | 19 | استحوذ عليهم الشيطان فأنساهم ذكر الله أولئك حزب الشيطان ألا إن حزب الشيطان هم الخاسرون |
| | | Şeytan onlara hakim olmuş və Allahı zikr etməyi onlara unutdurmuşdur. Onlar Şeytanın firqəsidirlər (Şeytana uyanlardır). Bilin ki, Şeytanın firqəsi – məhz onlar ziyana uğrayanlardır! |
|