نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
5040 | 56 | 61 | على أن نبدل أمثالكم وننشئكم في ما لا تعلمون |
| | | (Sizi yox edib) yerinizə sizin kimiləri gətirməkdən (sizi başqaları ilə əvəz etməkdən) və sizi özünüz də bilmədiyiniz başqa bir şəkildə yaratmaqdan! |
|
5041 | 56 | 62 | ولقد علمتم النشأة الأولى فلولا تذكرون |
| | | And olsun ki, siz ilk yaradılış (dünyaya necə gəldiyinizi) bilirsiniz. Elə isə (sizi yenidən diriltməyə qadir olduğumuz barədə) heç düşünmürsünüz?! |
|
5042 | 56 | 63 | أفرأيتم ما تحرثون |
| | | Bəs əkdiyiniz (toxuma) nə deyirsiniz? |
|
5043 | 56 | 64 | أأنتم تزرعونه أم نحن الزارعون |
| | | Onu bitirən sizsiniz, yoxsa Biz?! |
|
5044 | 56 | 65 | لو نشاء لجعلناه حطاما فظلتم تفكهون |
| | | Əgər Biz istəsəydik, onu bir saman çöpünə döndərər, siz də mat-məətəl qalıb: |
|
5045 | 56 | 66 | إنا لمغرمون |
| | | “Biz ziyana uğramış, |
|
5046 | 56 | 67 | بل نحن محرومون |
| | | Bəlkə, (hələ ruzidən də) məhrum olmuş kimsələrik!” (deyərdiniz). |
|
5047 | 56 | 68 | أفرأيتم الماء الذي تشربون |
| | | Bəs içdiyiniz suya nə deyirsiniz? |
|
5048 | 56 | 69 | أأنتم أنزلتموه من المزن أم نحن المنزلون |
| | | Onu buluddan endirən sizsiniz, yoxsa Biz?! |
|
5049 | 56 | 70 | لو نشاء جعلناه أجاجا فلولا تشكرون |
| | | Əgər istəsəydik, onu acı (bir su) edərdik. Elə isə niyə (Allahın ne’mətlərinə) şükür etmirsiniz? |
|