نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4994 | 56 | 15 | على سرر موضونة |
| | | (Onlar qızıl-gümüş, lə’l-cavahiratla) bəzənmiş taxtlar üstündə qərar tutacaq, |
|
4995 | 56 | 16 | متكئين عليها متقابلين |
| | | Onlara (o taxtlara) söykənib bir-biri ilə qarşı-qarşıya əyləşəcəklər. |
|
4996 | 56 | 17 | يطوف عليهم ولدان مخلدون |
| | | Onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar; |
|
4997 | 56 | 18 | بأكواب وأباريق وكأس من معين |
| | | (Cənnət bulağından axan) məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə. |
|
4998 | 56 | 19 | لا يصدعون عنها ولا ينزفون |
| | | (Dünyadakı şərabdan fərqli olaraq) ondan başları ağrımaz və keflənməzlər. |
|
4999 | 56 | 20 | وفاكهة مما يتخيرون |
| | | (O cavan xidmətçilər Cənnətdə olanların) bəyənib seçdikləri meyvələr |
|
5000 | 56 | 21 | ولحم طير مما يشتهون |
| | | Və istədikləri hər cür quş əti ilə (onların dövrəsində fırlanacaqlar). |
|
5001 | 56 | 22 | وحور عين |
| | | (Onlar üçün orada) iri (ahu) gözlü, qəşəng hurilər də vardır. |
|
5002 | 56 | 23 | كأمثال اللؤلؤ المكنون |
| | | (O hurilər rəng və gözəllikcə) sanki sədəf içində gizlənmiş (qorunub-saxlanmış) incidirlər. |
|
5003 | 56 | 24 | جزاء بما كانوا يعملون |
| | | Onlar (bu ne’mətlərə dünyada) etdikləri (yaxşı) əməllər müqabilində nail olacaqlar. |
|