نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4934 | 55 | 33 | يا معشر الجن والإنس إن استطعتم أن تنفذوا من أقطار السماوات والأرض فانفذوا لا تنفذون إلا بسلطان |
| | | Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!) |
|
4935 | 55 | 34 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4936 | 55 | 35 | يرسل عليكما شواظ من نار ونحاس فلا تنتصران |
| | | (Qiyamət günü) sizin üstünüzə tüstüsüz alov və alovsuz tüstü göndəriləcək (başınıza ərimiş mis, od və duman töküləcək) və siz bir-birinizə kömək də edə bilməyəcəksiniz. |
|
4937 | 55 | 36 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4938 | 55 | 37 | فإذا انشقت السماء فكانت وردة كالدهان |
| | | (Qiyamət günü) göy ayrılıb (dağ basılmış) dəri (yaxud dağ edilmiş yağ) kimi qıpqırmızı olduğu zaman (halınız necə olacaq)?! |
|
4939 | 55 | 38 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4940 | 55 | 39 | فيومئذ لا يسأل عن ذنبه إنس ولا جان |
| | | O gün nə bir insan, nə də bir cin günahı barəsində sorğu-sual olunmayacaqdır! (Yol ancaq Cəhənnəmdir!) |
|
4941 | 55 | 40 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4942 | 55 | 41 | يعرف المجرمون بسيماهم فيؤخذ بالنواصي والأقدام |
| | | Günahkarlar üzlərindən (sifətlərinin qaralığından, gözlərinin göylüyündən) tanınacaq, kəkillərindən və ayaqlarından tutulub yaxalanacaqlar (başları öndən, yaxud arxadan ayaqlarına bənd ediləcəkdir). |
|
4943 | 55 | 42 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|