نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4925 | 55 | 24 | وله الجوار المنشآت في البحر كالأعلام |
| | | Dənizdə uca dağlar kimi üzən gəmilər də Onundur. |
|
4926 | 55 | 25 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4927 | 55 | 26 | كل من عليها فان |
| | | (Yer) üzündə olan hər kəs fanidir (ölümə məhkumdur). |
|
4928 | 55 | 27 | ويبقى وجه ربك ذو الجلال والإكرام |
| | | Ancaq əzəmət və kərəm sahibi olan Rəbbinin zatı baqidir. |
|
4929 | 55 | 28 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4930 | 55 | 29 | يسأله من في السماوات والأرض كل يوم هو في شأن |
| | | Göylərdə və yerdə kim varsa, (hamısı) Ondan (ruzi, mərhəmət və mədəd) diləyər. O hər gün (hər an) bir işdədir (birini öldürər, birini dirildər; acizə kömək, zalıməa zülm edər; birinin duasını qəbul edər; birinə mərhəmət əta edib digərinə cəza verər. Bir işlə məşğul olmaq Onu digərindən yayındırmaz). |
|
4931 | 55 | 30 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4932 | 55 | 31 | سنفرغ لكم أيه الثقلان |
| | | Ey ağır yük (mükəlləfiyyət) altında olanlar (yaxud yerə ağırlıq verən cinlər və insanlar)! Sizinlə də (layiqincə) məşğul olacağıq (əməllərinizin haqq-hesabını mütləq çəkəcəyik). |
|
4933 | 55 | 32 | فبأي آلاء ربكما تكذبان |
| | | Belə olduqda Rəbbinizin hansı ne’mətlərini yalan saya bilərsiniz?! |
|
4934 | 55 | 33 | يا معشر الجن والإنس إن استطعتم أن تنفذوا من أقطار السماوات والأرض فانفذوا لا تنفذون إلا بسلطان |
| | | Ey cin və insan tayfası! Əgər göylərin və yerin ətrafından (çevrəsindən) kənara çıxa bilərsinizsə, çıxın. Siz (oradan) ancaq (qüdrət və) qüvvətlə (Allahın sizə bəxş etdiyi elmin qüdrətilə) çıxa bilərsiniz! (Yaxud siz oradan qüdrət və qüvvət vasitəsilə çıxa bilərsiniz ki, bu da sizdə yoxdur!) |
|