نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4890 | 54 | 44 | أم يقولون نحن جميع منتصر |
| | | Yoxsa onlar: “Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər? |
|
4891 | 54 | 45 | سيهزم الجمع ويولون الدبر |
| | | (Bədr vuruşunda) bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır! |
|
4892 | 54 | 46 | بل الساعة موعدهم والساعة أدهى وأمر |
| | | Xeyr, onların əsl əzab vaxtı qiyamət günüdür. Qiyamət gününün əzabı daha acıdır (daha şiddətlidir). |
|
4893 | 54 | 47 | إن المجرمين في ضلال وسعر |
| | | Şübhəsiz ki, günahkarlar (dünyada) haqq yoldan azmışlar və (axirətdə də) cəhənnəm odu içərisində olacaqlar. (Yaxud günahkarlar heyrət, yanlışlıq və dəlilik içindədirlər). |
|
4894 | 54 | 48 | يوم يسحبون في النار على وجوههم ذوقوا مس سقر |
| | | O gün onlar üzüstə Cəhənnəmə sürüklənəcək (və onlara): “Duyun Cəhənnəmin (ələmini) təmasını!” (deyiləcəkdir). |
|
4895 | 54 | 49 | إنا كل شيء خلقناه بقدر |
| | | Şübhəsiz ki, Biz hər şeyi müəyyən ölçüdə (lazım olduğu qədər) yaratdıq. |
|
4896 | 54 | 50 | وما أمرنا إلا واحدة كلمح بالبصر |
| | | Bizim buyurduğumuz bir göz qırpımında yerinə yetər! (Hər hansı bir şeyi yaratmaq istədikdə ona bircə dəfə: “Ol!” – deyərik, o da dərhal olar!) |
|
4897 | 54 | 51 | ولقد أهلكنا أشياعكم فهل من مدكر |
| | | And olsun ki, Biz sizin kimiləri (çox) məhv etmişik. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
4898 | 54 | 52 | وكل شيء فعلوه في الزبر |
| | | Onların etdiyi hər şey (əməllərinin yazıldığı) dəftərlərdədir! |
|
4899 | 54 | 53 | وكل صغير وكبير مستطر |
| | | Hər bir kiçik və böyük (günah lövhi-məhfuzda) yazılmışdır! |
|