نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4881 | 54 | 35 | نعمة من عندنا كذلك نجزي من شكر |
| | | Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə mükafatlandırırıq! |
|
4882 | 54 | 36 | ولقد أنذرهم بطشتنا فتماروا بالنذر |
| | | And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar. |
|
4883 | 54 | 37 | ولقد راودوه عن ضيفه فطمسنا أعينهم فذوقوا عذابي ونذر |
| | | Cəlalıma and olsun ki, onlar (Lutdan) öz qonaqlarını (mələkləri) onlara təslim etməyi tələb etmişdilər. Biz də onları kor etdik (və) “İndi əzabımı və təhdidlərimi dadın!” - (dedik). |
|
4884 | 54 | 38 | ولقد صبحهم بكرة عذاب مستقر |
| | | And olsun ki, səhər tezdən onları əbədi (qiyamətədək onlardan əl çəkməyən) bir əzab yaxaladı (məhv olub həmişəlik Cəhənnəmə vasil oldular). |
|
4885 | 54 | 39 | فذوقوا عذابي ونذر |
| | | (Onlara:) “İndi əzabımı və təhdidlərimi dadın!” (dedik). |
|
4886 | 54 | 40 | ولقد يسرنا القرآن للذكر فهل من مدكر |
| | | And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
4887 | 54 | 41 | ولقد جاء آل فرعون النذر |
| | | And olsun ki, Bizim təhdidlərimiz (xəbərdarlıqlarımız Musa vasitəsilə) Fir’on əhlinə də gəlib çatmışdı. |
|
4888 | 54 | 42 | كذبوا بآياتنا كلها فأخذناهم أخذ عزيز مقتدر |
| | | Onlar ayələrimizin (mö’cüzələrimizin) hamısını yalan hesab etdilər. Biz də onları yenilməz qüvvət, qarşısıalınmaz intiqam sahibinə yaraşan bir əzabla yaxaladıq. |
|
4889 | 54 | 43 | أكفاركم خير من أولئكم أم لكم براءة في الزبر |
| | | (Ey Qüreyş əhli!) Sizin kafirlərin onlardan nəyi yaxşıdır?! Yoxsa (əvvəlki ilahi) kitablarda sizin üçün bəraət (əzabdan qurtuluş hökmü) vardır?! |
|
4890 | 54 | 44 | أم يقولون نحن جميع منتصر |
| | | Yoxsa onlar: “Biz (Muhəmməd və mö’minlərdən) intiqam ala biləcək bir zümrəyik!” – deyirlər? |
|