نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4873 | 54 | 27 | إنا مرسلو الناقة فتنة لهم فارتقبهم واصطبر |
| | | Biz onları imtahana çəkmək üçün bir dişi (maya) dəvə göndərəcəyik. Onların nə edəcəyini gözlə və (əziyyətlərinə də) döz! |
|
4874 | 54 | 28 | ونبئهم أن الماء قسمة بينهم كل شرب محتضر |
| | | Və onlara suyun (dəvə ilə) onlar arasında bölüşdürüldüyünü xəbər ver! (Suyu bir gün onlar, bir gün də dəvə içəcəkdir). Hərə öz növbəsində hazır olsun!” |
|
4875 | 54 | 29 | فنادوا صاحبهم فتعاطى فعقر |
| | | Nəhayət, onlar öz yoldaşlarını (Qudar ibn Salifi) çağırdılar. O da (dəvəni) tutub kəsdi. |
|
4876 | 54 | 30 | فكيف كان عذابي ونذر |
| | | (Bir görəydiniz) Mənim əzabım və qorxutmağım necə oldu! |
|
4877 | 54 | 31 | إنا أرسلنا عليهم صيحة واحدة فكانوا كهشيم المحتظر |
| | | Biz onlara bircə dəhşətli (tükürpədici) səs (Cəbrailin qışqırtısını) göndərdik, dərhal (heyvanlar üçün) ağıl düzəldənin istifadə etdiyi quru ota (həşəmə) döndülər. |
|
4878 | 54 | 32 | ولقد يسرنا القرآن للذكر فهل من مدكر |
| | | And olsun ki, Biz Qur’anı (ondan) ibrət almaq (öyüd-nəsihət qəbul etmək) üçün belə asanlaşdırdıq. Amma heç bir ibrət alan (öyüd-nəsihət qəbul edən) varmı?! |
|
4879 | 54 | 33 | كذبت قوم لوط بالنذر |
| | | Lut qövmü də (peyğəmbərlərinin onlara etdiyi) təhdidləri (xəbərdarlıqları) yalan saymışdı. |
|
4880 | 54 | 34 | إنا أرسلنا عليهم حاصبا إلا آل لوط نجيناهم بسحر |
| | | Biz də onların üstünə daş yağdıran yel göndərdik (başlarına daş yağdırdıq), yalnız Lutun ailəsini səhər çağı xilas etdik; |
|
4881 | 54 | 35 | نعمة من عندنا كذلك نجزي من شكر |
| | | Dərgahımızdan bir lütf olaraq! Biz (ne’mətimizə) şükür edəni belə mükafatlandırırıq! |
|
4882 | 54 | 36 | ولقد أنذرهم بطشتنا فتماروا بالنذر |
| | | And olsun ki, (Lut) onları Bizim əzabımızla qorxutmuş, onlar isə bu təhdidlərə (xəbərdarlıqlara) şübhə edib inanmamışdılar. |
|