نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4848 | 54 | 2 | وإن يروا آية يعرضوا ويقولوا سحر مستمر |
| | | Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər. |
|
4849 | 54 | 3 | وكذبوا واتبعوا أهواءهم وكل أمر مستقر |
| | | Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!) |
|
4850 | 54 | 4 | ولقد جاءهم من الأنباء ما فيه مزدجر |
| | | And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. |
|
4851 | 54 | 5 | حكمة بالغة فما تغن النذر |
| | | (Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz! |
|
4852 | 54 | 6 | فتول عنهم يوم يدع الداع إلى شيء نكر |
| | | Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək! |
|
4853 | 54 | 7 | خشعا أبصارهم يخرجون من الأجداث كأنهم جراد منتشر |
| | | Onlar (o gün) gözlərini zəlilanə aşağı tikib (ətrafa) səpələnmiş çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar. |
|
4854 | 54 | 8 | مهطعين إلى الداع يقول الكافرون هذا يوم عسر |
| | | Kafirlər (boyunlarını qabağa uzadıb) carçıya tərəf tələsərək: “Bu nə çətin bir gündür!” – deyəcəklər. |
|
4855 | 54 | 9 | كذبت قبلهم قوم نوح فكذبوا عبدنا وقالوا مجنون وازدجر |
| | | Bunlardan (Məkkə müşriklərindən) əvvəl Nuh qövmü (öz peyğəmbərini) təkzib etmiş və bəndəmizi (Nuhu) yalançı sayıb: “(Bu) divanədir!” – demişdilər. Ona (risaləti təbliğ etmək) qadağan edilmişdi. |
|
4856 | 54 | 10 | فدعا ربه أني مغلوب فانتصر |
| | | (Nuh) Rəbbinə dua edib: “Mən (öz qövmümüm içində) məğlub oldum, buna görə də (onlardan) intiqam al!” – dedi. |
|
4857 | 54 | 11 | ففتحنا أبواب السماء بماء منهمر |
| | | Biz (onun duasını qəbul edərək) göyün qapılarını sel kimi axan bir yağışla açdıq. |
|