نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4843 | 53 | 59 | أفمن هذا الحديث تعجبون |
| | | İndi siz bu kəlama (Qur’ana) təəccübmü edirsiniz? |
|
4844 | 53 | 60 | وتضحكون ولا تبكون |
| | | Həm də gülürsünüz, heç ağlamırsınız! |
|
4845 | 53 | 61 | وأنتم سامدون |
| | | Siz (qəflət içində) oynayır-əylənirsiniz (ona e’tina etmirsiniz). |
|
4846 | 53 | 62 | فاسجدوا لله واعبدوا |
| | | (Ey insanlar!) Gəlin Allaha səcdə edin, (Allaha) ibadət edin! (Ondan başqasına itaət etməyin!) |
|
4847 | 54 | 1 | بسم الله الرحمن الرحيم اقتربت الساعة وانشق القمر |
| | | O saat (qiyamət) yaxınlaşdı və ay (Peyğəmbərin mö’cüzəsi ilə) parçalandı. |
|
4848 | 54 | 2 | وإن يروا آية يعرضوا ويقولوا سحر مستمر |
| | | Əgər müşriklər (Muhəmməd əleyhissəlamın peyğəmbərliyinin həqiqiliyini təsdiq edən) bir mö’cüzə görsələr, (imandan) üz döndərib: “(Bu, uzun müddət) davam edən bir sehrdir!” – deyərlər. |
|
4849 | 54 | 3 | وكذبوا واتبعوا أهواءهم وكل أمر مستقر |
| | | Onlar (ayın parçalanmasını, digər mö’cüzələri və Peyğəmbər əleyhissəlamı) təkzib etdilər və öz nəfslərinin istəklərinə uydular. Halbuki hər bir iş qərarlaşdırılmışdır! (Əzəldən müəyyən edilmiş hər bir iş, o cümlədən islam dini və Muhəmməd əleyhissəlamın peyğəmbərliyi bərqərar olacaqdır!) |
|
4850 | 54 | 4 | ولقد جاءهم من الأنباء ما فيه مزدجر |
| | | And olsun ki, onlara (pis əməllərdən) çəkindirən neçə-neçə xəbərlər gəlmişdir. |
|
4851 | 54 | 5 | حكمة بالغة فما تغن النذر |
| | | (Bu Qur’an) olduqca böyük hikmətdir. Lakin (inanmayanlara, qəlbləri möhürlənənlərə oradakı) qorxutmalar (öyüd-nəsihət) heç bir fayda verməz! |
|
4852 | 54 | 6 | فتول عنهم يوم يدع الداع إلى شيء نكر |
| | | Artıq (ya Peyğəmbər!) sən onlardan üz çevir. Carçının (İsrafilin) onları olduqca pis (dəhşətli) bir şeyə (məhşərə) çağıracağı günədək! |
|