نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4815 | 53 | 31 | ولله ما في السماوات وما في الأرض ليجزي الذين أساءوا بما عملوا ويجزي الذين أحسنوا بالحسنى |
| | | Göylərdə və yerdə nə varsa, (hamısı) Allahındır. O, pislik edənlərə əməllərinin cəzasını verəcək, yaxşılıq edənləri isə ən gözəl mükafatla mükafatlandıracaqdır! |
|
4816 | 53 | 32 | الذين يجتنبون كبائر الإثم والفواحش إلا اللمم إن ربك واسع المغفرة هو أعلم بكم إذ أنشأكم من الأرض وإذ أنتم أجنة في بطون أمهاتكم فلا تزكوا أنفسكم هو أعلم بمن اتقى |
| | | (O yaxşılıq edənlər ki) kiçik günahlar (xətalar) istisna olmaqla, böyük günahlardan və rəzil işlərdən (zinadan) çəkinərlər. Həqiqətən, sənin Rəbbin çox bağışlayandır. Sizi torpaqdan yaradan da, siz analarınızın bətnlərində rüşeym halında olanda da sizi ən gözəl tanıyan Odur. Özünüzü təmizə çıxartmayın. O, Allahdan qorxub pis əməllərdən çəkinənin kim olduğunu ən gözəl biləndir! |
|
4817 | 53 | 33 | أفرأيت الذي تولى |
| | | (Ya Peyğəmbər!) İndi gördünmü (imandan) dönəni, |
|
4818 | 53 | 34 | وأعطى قليلا وأكدى |
| | | Bir az (pul, mal) verib (qalanına) xəsislik göstərəni? |
|
4819 | 53 | 35 | أعنده علم الغيب فهو يرى |
| | | Məgər o, qeybi bilirmi ki, (öz dostunun əzabına yüklənə biləcəyini) görsün?! (Müşriklərdən Vəlid ibn Müğirə islama meyl göstərmişdi. Bunu eşidən digər bir müşrik onu babalarının dinindən üz döndərməkdə ittiham edərək möhkəm danlamış və demişdi ki, əgər Müğirə ona müəyyən məbləğ pul, mal versə və islamı atıb öz dininə qayıtsa, o, axirətdə Müğirənin əzabını öz üzərinə götürəcəkdir. Müğirə islamdan üz döndərmiş, lakin xəsislik göstərib həmin şəxsə və’d etdiyi məbləğin hamısını deyil, bir qismini vermişdi). |
|
4820 | 53 | 36 | أم لم ينبأ بما في صحف موسى |
| | | Yoxsa ona Musanın səhifələrindən olanlar xəbər verilmədi?! |
|
4821 | 53 | 37 | وإبراهيم الذي وفى |
| | | Və (əhdə) çox vəfalı olan (Allahın qarşısındakı borcunu layiqincə ödəyən) İbrahimin (sühüfündəkilər bildirilmədi?!) |
|
4822 | 53 | 38 | ألا تزر وازرة وزر أخرى |
| | | (Tövratda və İbrahimin səhifələrində deyilənlər bunlardır:) “Heç bir günahkar başqasının günahına yüklənməz! |
|
4823 | 53 | 39 | وأن ليس للإنسان إلا ما سعى |
| | | İnsana ancaq öz zəhməti (sə’yi, çalışması, əməli) qalar! |
|
4824 | 53 | 40 | وأن سعيه سوف يرى |
| | | Şübhəsiz ki, (qiyamət günü) onun zəhməti (sə’yi, əməli) görünəcəkdir! |
|