نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4790 | 53 | 6 | ذو مرة فاستوى |
| | | O qüvvət (ağıl və gözəllik) sahibi (Peyğəmbər əleyhissəlama öz həqiqi şəklində) göründü. |
|
4791 | 53 | 7 | وهو بالأفق الأعلى |
| | | O (Cəbrail) ən uca üfüqdə (günəşin çıxdığı yerdə) idi. |
|
4792 | 53 | 8 | ثم دنا فتدلى |
| | | Sonra (Cəbrail Muhəmməd əleyhissəlama) yaxınlaşdı və aşağı endi. |
|
4793 | 53 | 9 | فكان قاب قوسين أو أدنى |
| | | (Onların arasındakı məsafə) iki yay uzunluğunda, bəlkə, ondan da yaxın oldu. |
|
4794 | 53 | 10 | فأوحى إلى عبده ما أوحى |
| | | Sonra (Cəbrail Allahın Öz) bəndəsinə (Mühəmmədə) vəhy buyurduğunu vəhy etdi. |
|
4795 | 53 | 11 | ما كذب الفؤاد ما رأى |
| | | Qəlb (Peyğəmbərin qəlbi) gördüyünü yalan saymadı. (Muhəmməd əleyhissəlam gözü ilə gördüyünün Cəbrail olduğuna qəlbdən inandı). |
|
4796 | 53 | 12 | أفتمارونه على ما يرى |
| | | Siz onunla gördüyü barəsində mübahisəmi edirsiniz? |
|
4797 | 53 | 13 | ولقد رآه نزلة أخرى |
| | | And olsun ki, (Muhəmməd əleyhiissəlam Cəbraili öz həqiqi surətində) başqa bir dəfə də (me’rac vaxtı) görmüşdü; |
|
4798 | 53 | 14 | عند سدرة المنتهى |
| | | (Yeddinci göydəki) Sidrətül-müntəhanın yanında. |
|
4799 | 53 | 15 | عندها جنة المأوى |
| | | (Mələklər, şəhidlər və müttəqilər məskəni olan) Mə’va cənnəti onun yanındadır. |
|