نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4768 | 52 | 33 | أم يقولون تقوله بل لا يؤمنون |
| | | Yoxsa onlar: “Onu (Qur’anı) özündən uydurdun!” - deyirlər. Xeyr, onlar (həsədləri, təkəbbürləri və inadları üzündən) iman gətirmirlər. |
|
4769 | 52 | 34 | فليأتوا بحديث مثله إن كانوا صادقين |
| | | Əgər doğru deyirlərsə, qoy onlar bunun (bu Qur’an) kimi bir kəlam gətirsinlər! |
|
4770 | 52 | 35 | أم خلقوا من غير شيء أم هم الخالقون |
| | | Yoxsa onlar heç bir şeydən (xaliqsiz) yarandılar?! Yaxud onlar (öz-özlərini) yaradanlardır?! |
|
4771 | 52 | 36 | أم خلقوا السماوات والأرض بل لا يوقنون |
| | | Yoxsa göyləri və yeri yaratdılar?! Xeyr, onlar (Allaha) ürəkdən inanmırlar! |
|
4772 | 52 | 37 | أم عندهم خزائن ربك أم هم المصيطرون |
| | | Yoxsa (ya Peyğəmbər) sənin Rəbbinin xəzinələri onlardadır?! Yaxud (hər şeyə) onlar hakimdirlər?! |
|
4773 | 52 | 38 | أم لهم سلم يستمعون فيه فليأت مستمعهم بسلطان مبين |
| | | Yoxsa onların üstünə çıxıb (vəhyi) dinlədikləri bir nərdivanı vardır?! Elə isə qoy onların (vəhyi) dinləyənləri açıq-aşkar bir dəlil gətirsinlər! |
|
4774 | 52 | 39 | أم له البنات ولكم البنون |
| | | Yoxsa qızlar Onun (Allahın), oğlanlar isə sizindir?! |
|
4775 | 52 | 40 | أم تسألهم أجرا فهم من مغرم مثقلون |
| | | Yoxsa (ya Peyğəmbər! Risaləti təbliğ etdiyinə görə) sən onlardan bir ücrət (mükafat) istəyirsən və onlar ağır borc yükü altındadırlar?! |
|
4776 | 52 | 41 | أم عندهم الغيب فهم يكتبون |
| | | Yoxsa onlar qeybi bilir və (orada olanı) yazırlar?! (Qiyamətin, axirət həyatının olmadığını oradan öyrənib Muhəmməd əleyhissəlamla mübahisə edirlər?) |
|
4777 | 52 | 42 | أم يريدون كيدا فالذين كفروا هم المكيدون |
| | | Yoxsa (ya Peyğəmbər! Sənə qarşı) bir tələ qurmaq istəyirlər? Amma kafirlər özləri o tələyə düşəcəklər! |
|