نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4756 | 52 | 21 | والذين آمنوا واتبعتهم ذريتهم بإيمان ألحقنا بهم ذريتهم وما ألتناهم من عملهم من شيء كل امرئ بما كسب رهين |
| | | Möminlərin imanda onların arxasınca gedən nəsillərini də Cənnətdə özlərinə qovuşduracağıq. Onların əməllərindən heç bir şey əskiltməyəcəyik. Hər kəs qazandığının girovudur. |
|
4757 | 52 | 22 | وأمددناهم بفاكهة ولحم مما يشتهون |
| | | Onlara istədikləri meyvədən və ətdən bol-bol verəcəyik. |
|
4758 | 52 | 23 | يتنازعون فيها كأسا لا لغو فيها ولا تأثيم |
| | | Onlar orada bir-birinə şərab dolu badə uzadacaqlar. Bu şərab onları nə boşboğazlığa, nə də günaha təhrik etməz. |
|
4759 | 52 | 24 | ويطوف عليهم غلمان لهم كأنهم لؤلؤ مكنون |
| | | Onların ətrafında xidmətlərinə verilmiş, qorunub saxlanılan mirvari kimi yeniyetmə oğlanlar dolanacaqlar. |
|
4760 | 52 | 25 | وأقبل بعضهم على بعض يتساءلون |
| | | Onlar bir-birinə üz tutub soruşacaqlar. |
|
4761 | 52 | 26 | قالوا إنا كنا قبل في أهلنا مشفقين |
| | | Onlar deyəcəklər: “Biz əvvəllər ailəmiz içində olarkən Allahdan qorxurduq. |
|
4762 | 52 | 27 | فمن الله علينا ووقانا عذاب السموم |
| | | Allah da bizə mərhəmət göstərdi və bizi qızmar yel əzabından qorudu. |
|
4763 | 52 | 28 | إنا كنا من قبل ندعوه إنه هو البر الرحيم |
| | | Biz əvvəllər Ona dua edirdik. Həqiqətən, O, yaxşılıq edəndir, Rəhmlidir!” |
|
4764 | 52 | 29 | فذكر فما أنت بنعمت ربك بكاهن ولا مجنون |
| | | Onlara xatırlat! Sən öz Rəbbinin neməti sayəsində nə kahinsən, nə də dəli! |
|
4765 | 52 | 30 | أم يقولون شاعر نتربص به ريب المنون |
| | | Yoxsa onlar: “O bir şairdir. Biz onun ölümünü gözləyirik!”– deyirlər. |
|