نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4729 | 51 | 54 | فتول عنهم فما أنت بملوم |
| | | (Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin). |
|
4730 | 51 | 55 | وذكر فإن الذكرى تنفع المؤمنين |
| | | Sən (onlara Qur’anla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət mö’minlərə fayda verir. |
|
4731 | 51 | 56 | وما خلقت الجن والإنس إلا ليعبدون |
| | | Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! |
|
4732 | 51 | 57 | ما أريد منهم من رزق وما أريد أن يطعمون |
| | | Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm! |
|
4733 | 51 | 58 | إن الله هو الرزاق ذو القوة المتين |
| | | Şübhəsiz ki, ruzi verən də, qüvvət sahibi də, yenilməz olan da Allahdır! |
|
4734 | 51 | 59 | فإن للذين ظلموا ذنوبا مثل ذنوب أصحابهم فلا يستعجلون |
| | | Həqiqət, zülm edənlərin (özlərindən əvvəlki) yoldaşlarının qisməti kimi bir qisməti vardır! (Allaha şərik qoşmaqla özlərinə zülm edən Məkkə müşriklərini də əvvəlki ümmətlər kimi şiddətli bir əzab gözləyir!) Qoy onlar Məni (özlərinə əzab verməyə) tələsdirməsinlər! |
|
4735 | 51 | 60 | فويل للذين كفروا من يومهم الذي يوعدون |
| | | Və’d olunduqları gündən (qiyamət günündən) dolayı vay kafirlərin halına! |
|
4736 | 52 | 1 | بسم الله الرحمن الرحيم والطور |
| | | And olsun (Allahın Musa ilə danışdığı) Tur dağına; |
|
4737 | 52 | 2 | وكتاب مسطور |
| | | And olsun yazılmış kitaba (Tövrata, Qur’ana, yaxud bütün ilahi kitablara) - |
|
4738 | 52 | 3 | في رق منشور |
| | | Açıq dəri üzərində (olan kitaba); |
|