نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4723 | 51 | 48 | والأرض فرشناها فنعم الماهدون |
| | | Yeri də Biz döşədik. (Onu) döşəyənlər necə də gözəldir! (Biz necə də gözəl döşəyənlərik!) |
|
4724 | 51 | 49 | ومن كل شيء خلقنا زوجين لعلكم تذكرون |
| | | Biz hər şeydən (erkək və dişi, bir-birinin əksi olmaqla) cüt-cüt yaratdıq. Bəlkə, bir düşünüb ibrət alasınız! |
|
4725 | 51 | 50 | ففروا إلى الله إني لكم منه نذير مبين |
| | | (Ya Rəsulum! Bu insanlara de:) “Allaha tərəf qaçın! (Allahın qəzəbindən qaçıb Onun mərhəmətinə sığının, küfrü atıb imana gəlin!) Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm! |
|
4726 | 51 | 51 | ولا تجعلوا مع الله إلها آخر إني لكم منه نذير مبين |
| | | Allahla yanaşı başqa bir tanrı qəbul etməyin. Mən sizi Ondan (Allahın əzabından) açıq-aşkar qorxudan bir peyğəmbərəm!” |
|
4727 | 51 | 52 | كذلك ما أتى الذين من قبلهم من رسول إلا قالوا ساحر أو مجنون |
| | | (Ya Rəsulum! Sənin qövmün sənə şair, sehrbaz, divanə dediyi kimi) eləcə də onlardan əvvəlkilər özlərinə bir peyğəmbər gələr-gəlməz ona sehrbaz, divanə dedilər. |
|
4728 | 51 | 53 | أتواصوا به بل هم قوم طاغون |
| | | Görəsən, onlar bunu (bu dediklərini) bir-birinə vəsiyyətmi etmişlər?! (Hamısı eyni şeyi deyir). Xeyr, onlar azğın bir qövmdürlər! |
|
4729 | 51 | 54 | فتول عنهم فما أنت بملوم |
| | | (Ya Rəsulum!) Artıq onlardan üz döndər! Sən buna görə qınanası deyilsən (çünki sənə həvalə olunmuş risaləti layiqincə təbliğ etdin). |
|
4730 | 51 | 55 | وذكر فإن الذكرى تنفع المؤمنين |
| | | Sən (onlara Qur’anla) öyüd-nəsihət ver. Çünki öyüd-nəsihət mö’minlərə fayda verir. |
|
4731 | 51 | 56 | وما خلقت الجن والإنس إلا ليعبدون |
| | | Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım! |
|
4732 | 51 | 57 | ما أريد منهم من رزق وما أريد أن يطعمون |
| | | Mən onlardan ruzi istəmirəm. Mən onlardan Məni (ehtiyacı olan bəndələrimi) yedirtmələrini də istəmirəm! |
|