نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4702 | 51 | 27 | فقربه إليهم قال ألا تأكلون |
| | | Onu qabaqlarına (qonaqların qabağına) qoyub: “Bəlkə, yeyəsiniz!” – dedi. |
|
4703 | 51 | 28 | فأوجس منهم خيفة قالوا لا تخف وبشروه بغلام عليم |
| | | (İbrahim qonaqların yeməyə əl uzatmadıqlarını gördükdə) onlardan qorxuya düşdü. Onlar: “Qorxma!” – dedilər və ona çox bilikli bir oğlan uşağı (İshaqın dünyaya gələcəyi) ilə müjdə verdilər. |
|
4704 | 51 | 29 | فأقبلت امرأته في صرة فصكت وجهها وقالت عجوز عقيم |
| | | (Bunu eşidən) zövcəsi (Sara) çağır-bağır salıb (təəccübündən əlini) üzünə çırparaq dedi: “Mən qoca, qısır bir qarıyam! (Mənim necə uşağım ola bilər?)” |
|
4705 | 51 | 30 | قالوا كذلك قال ربك إنه هو الحكيم العليم |
| | | Onlar: “Sənin Rəbbin belə buyurmuşdur. Şübhəsiz ki, O, hikmət sahibidir, (hər şeyi) biləndir!” – dedilər. |
|
4706 | 51 | 31 | قال فما خطبكم أيها المرسلون |
| | | (Sonra İbrahim) dedi: “Ey elçilər! Sizin işiniz nədir?” |
|
4707 | 51 | 32 | قالوا إنا أرسلنا إلى قوم مجرمين |
| | | Onlar dedilər: “Biz günahkar bir qövmə (Lut tayfasına cəza verməyə) göndərilmişik. |
|
4708 | 51 | 33 | لنرسل عليهم حجارة من طين |
| | | Onların başına gildən daşlar yağdırmaq üçün (gəlmişik). |
|
4709 | 51 | 34 | مسومة عند ربك للمسرفين |
| | | (Elə daşlar ki, onlara pozğunluqla məşğul olub) həddi aşanlar üçün sənin Rəbbinin dərgahında xüsusi nişan qoyulmuşdur!” |
|
4710 | 51 | 35 | فأخرجنا من كان فيها من المؤمنين |
| | | Nəhayət, (Lut qövmünü məhv etmək üçün) orada (Sədumda) olan mö’minləri çıxartdıq. |
|
4711 | 51 | 36 | فما وجدنا فيها غير بيت من المسلمين |
| | | Lakin orada bir evdən (Lutun ailəsindən) başqa müsəlman (tövhid dinində olan) tapmadıq. |
|