نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
48 | 2 | 41 | وآمنوا بما أنزلت مصدقا لما معكم ولا تكونوا أول كافر به ولا تشتروا بآياتي ثمنا قليلا وإياي فاتقون |
| | | Sizdə olanı təsdiqləyici kimi nazil etdiyimə (Qurana) iman gətirin və onu inkar edənlərin ən birincisi olmayın! Mənim ayələrimi ucuz qiymətə satmayın və yalnız Məndən qorxun. |
|
49 | 2 | 42 | ولا تلبسوا الحق بالباطل وتكتموا الحق وأنتم تعلمون |
| | | Özünüz də bilə-bilə haqqa batil donu geyindirməyin və haqqı gizlətməyin. |
|
50 | 2 | 43 | وأقيموا الصلاة وآتوا الزكاة واركعوا مع الراكعين |
| | | Namaz qılın, zəkat verin və rüku edənlərlə birlikdə rüku edin! |
|
51 | 2 | 44 | أتأمرون الناس بالبر وتنسون أنفسكم وأنتم تتلون الكتاب أفلا تعقلون |
| | | Siz Kitab oxuyub insanlara xeyirxahlığı əmr etdiyiniz halda, özünüzü unudursunuz? Məgər anlamırsınız? |
|
52 | 2 | 45 | واستعينوا بالصبر والصلاة وإنها لكبيرة إلا على الخاشعين |
| | | Səbir etmək və namaz qılmaqla Allahdan kömək diləyin! Həqiqətən, bu, Allaha itaət edənlərdən başqa hamıya ağır gəlir. |
|
53 | 2 | 46 | الذين يظنون أنهم ملاقو ربهم وأنهم إليه راجعون |
| | | Çünki onlar öz Rəbbi ilə qarşılaşacaqlarını və Ona qayıdacaqlarını yəqin bilirlər. |
|
54 | 2 | 47 | يا بني إسرائيل اذكروا نعمتي التي أنعمت عليكم وأني فضلتكم على العالمين |
| | | Ey İsrail oğulları! Sizə bəxş etdiyim nemətimi və sizi aləmlərdən üstün etdiyimi xatırlayın. |
|
55 | 2 | 48 | واتقوا يوما لا تجزي نفس عن نفس شيئا ولا يقبل منها شفاعة ولا يؤخذ منها عدل ولا هم ينصرون |
| | | Qorxun o gündən ki, o vaxt heç kəs heç kəsə fayda verə bilməyəcək, heç kəsdən şəfaət qəbul olunmayacaq, heç kəsdən bir fidyə alınmayacaq və günahkarlara kömək göstərilməyəcəkdir. |
|
56 | 2 | 49 | وإذ نجيناكم من آل فرعون يسومونكم سوء العذاب يذبحون أبناءكم ويستحيون نساءكم وفي ذلكم بلاء من ربكم عظيم |
| | | Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. |
|
57 | 2 | 50 | وإذ فرقنا بكم البحر فأنجيناكم وأغرقنا آل فرعون وأنتم تنظرون |
| | | O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq. |
|