نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4689 | 51 | 14 | ذوقوا فتنتكم هذا الذي كنتم به تستعجلون |
| | | Onlara deyiləcək: “Dadın əzabınızı! Sizin tez-tələsik gəlməsini istədiyiniz şey budur!” |
|
4690 | 51 | 15 | إن المتقين في جنات وعيون |
| | | Şübhəsiz ki, müttəqilər Cənnət bağlarında və bulaqlar başında olacaqlar, |
|
4691 | 51 | 16 | آخذين ما آتاهم ربهم إنهم كانوا قبل ذلك محسنين |
| | | öz Rəbbinin onlara verdiyini alacaqlar. Həqiqətən, onlar bundan əvvəl yaxşı iş görən adamlar olmuşdular. |
|
4692 | 51 | 17 | كانوا قليلا من الليل ما يهجعون |
| | | Onlar gecələr ibadət edib az yatırdılar. |
|
4693 | 51 | 18 | وبالأسحار هم يستغفرون |
| | | Sübh çağı isə bağışlanma diləyirdilər. |
|
4694 | 51 | 19 | وفي أموالهم حق للسائل والمحروم |
| | | Onların mal-dövlətində dilənçinin və yoxsulun payı vardır. |
|
4695 | 51 | 20 | وفي الأرض آيات للموقنين |
| | | Qəti inananlar üçün yer üzündə dəlillər vardır. |
|
4696 | 51 | 21 | وفي أنفسكم أفلا تبصرون |
| | | Sizin özünüzdə də dəlillər vardır. Məgər görmürsünüz? |
|
4697 | 51 | 22 | وفي السماء رزقكم وما توعدون |
| | | Sizin ruziniz və sizə vəd olunan şeylər göydədir. |
|
4698 | 51 | 23 | فورب السماء والأرض إنه لحق مثل ما أنكم تنطقون |
| | | Göyün və yerin Rəbbinə and olsun ki, bu vəd sizin danışmağa qüdrətiniz olduğu kimi həqiqətdir. |
|