نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4683 | 51 | 8 | إنكم لفي قول مختلف |
| | | (Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz). |
|
4684 | 51 | 9 | يؤفك عنه من أفك |
| | | Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və Peyğəmbərdən də elə o dönər!) |
|
4685 | 51 | 10 | قتل الخراصون |
| | | Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!) |
|
4686 | 51 | 11 | الذين هم في غمرة ساهون |
| | | O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar! |
|
4687 | 51 | 12 | يسألون أيان يوم الدين |
| | | Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar. |
|
4688 | 51 | 13 | يوم هم على النار يفتنون |
| | | O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir. |
|
4689 | 51 | 14 | ذوقوا فتنتكم هذا الذي كنتم به تستعجلون |
| | | (Mələklər onlara deyəcəklər:) “Dadın əzabınızı! Bu sizin (dünyada) tez-tələsik gəlməsini istədiyiniz şeydir (əzabdır)!” |
|
4690 | 51 | 15 | إن المتقين في جنات وعيون |
| | | Həqiqətən, müttəqilər cənnətlərdə və çeşmələr başında olacaqlar; |
|
4691 | 51 | 16 | آخذين ما آتاهم ربهم إنهم كانوا قبل ذلك محسنين |
| | | Rəbbinin onlara verdiyini alacaqlar. Çünki onlar bundan əvvəl yaxşı əməllər etmişdilər. |
|
4692 | 51 | 17 | كانوا قليلا من الليل ما يهجعون |
| | | Onlar gecələr (ibadətlə məşğul olub) az yatırdılar. |
|