نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4679 | 51 | 4 | فالمقسمات أمرا |
| | | Və ruzi bölən (hərəsi bir işə müvəkkil olan) mələklərə and olsun ki, |
|
4680 | 51 | 5 | إنما توعدون لصادق |
| | | Sizə və’d olunan (qiyamət) həqiqətdir (mütləq vaqe olacaqdır). |
|
4681 | 51 | 6 | وإن الدين لواقع |
| | | Haqq-hesab (əmələ görə cəza və mükafat) da labüddür! |
|
4682 | 51 | 7 | والسماء ذات الحبك |
| | | (Cürbəcür ulduz) yolları olan göyə and olsun ki, |
|
4683 | 51 | 8 | إنكم لفي قول مختلف |
| | | (Ey müşriklər!) Sizin (Qur’an və Muhəmməd əleyhissəlam barəsində) sözləriniz müxtəlifdir (bə’ziniz Qur’ana şe’r, Peyğəmbərə şair, bə’ziniz də Qur’ana kahinlik əsəri, Peyğəmbərə kahin deyirsiniz). |
|
4684 | 51 | 9 | يؤفك عنه من أفك |
| | | Ondan (Qur’andan, yaxud Muhəmməd əleyhissəlamdan) zatında dönüklük olan kimsə dönər! (Allahın əzəli elmində imandan kim dönmüşdürsə, Qur’andan və Peyğəmbərdən də elə o dönər!) |
|
4685 | 51 | 10 | قتل الخراصون |
| | | Məhv olsun yalançılar! (Allah onlara lə’nət eləsin!) |
|
4686 | 51 | 11 | الذين هم في غمرة ساهون |
| | | O kəslər ki, cəhalət girdabına düşüb (haqdan) qafil olmuşlar! |
|
4687 | 51 | 12 | يسألون أيان يوم الدين |
| | | Onlar (səndən istehza ilə) haqq-hesab gününün nə vaxt olacağını soruşarlar. |
|
4688 | 51 | 13 | يوم هم على النار يفتنون |
| | | O gün onlara cəhənnəm odunda əzab veriləcəkdir. |
|