نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4669 | 50 | 39 | فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل الغروب |
| | | (Ya Peyğəmbər!) Artıq onların dediklərinə (batil sözlərinə) səbr et. Gün doğmamışdan əvvəl, batmamışdan əvvəl Rəbbini təqdis edib şə’ninə təriflər de! |
|
4670 | 50 | 40 | ومن الليل فسبحه وأدبار السجود |
| | | Gecənin bir vaxtında və səcdələrdən sonra da (Onu şükr-səna ilə təqdis et)! |
|
4671 | 50 | 41 | واستمع يوم يناد المناد من مكان قريب |
| | | (Ya Peyğəmbər!) Carçının yaxın bir yerdən car çəkəcəyi gün (deyilən sözü, surun səsini) dinlə! (O gün İsrafil uca səslə: “Ey köhnəlmiş sümüklər, ey bir-birindən ayrılmış oynaqlar, ey əprimiş ətlər, ey dağılmış saçlar! Allah sizə haqq-hesab gününə gəlmək üçün yenidən birləşməyi buyurur!” – deyəcək və suru ikinci dəfə üfürəcəkdir). |
|
4672 | 50 | 42 | يوم يسمعون الصيحة بالحق ذلك يوم الخروج |
| | | O gün (bütün yaranmışlar) dəhşətli (tükürpədici) səsi doğrudan-doğruya eşidəcəklər. O gün (qəbirlərdən) çıxma günüdür! |
|
4673 | 50 | 43 | إنا نحن نحيي ونميت وإلينا المصير |
| | | Şübhəsiz ki, dirildən də, öldürən də Bizim. (Axır) dönüş də Bizim hüzurumuzadır! |
|
4674 | 50 | 44 | يوم تشقق الأرض عنهم سراعا ذلك حشر علينا يسير |
| | | O gün yer onlardan ayrılıb parçalanacaq, onlar sür’ətlə (torpağın altından, qəbirlərindən çıxacaqlar). O bizim üçün asan olan həşrdir (Bütün yaranmışların bir yerə toplanacaqları məhşər günüdür). |
|
4675 | 50 | 45 | نحن أعلم بما يقولون وما أنت عليهم بجبار فذكر بالقرآن من يخاف وعيد |
| | | Biz onların nə dediklərini çox gözəl bilirik. (Ya Peyğəmbər!) Sən onlara zor edən (onları zorla imana gətirən) deyilsən. Sən Mənim təhdidimdən (əzabımdan) qorxablara Qur’anla öyüd-nəsihət ver! |
|
4676 | 51 | 1 | بسم الله الرحمن الرحيم والذاريات ذروا |
| | | (Toz-torpağı) sovurub-dağıdan küləklərə; |
|
4677 | 51 | 2 | فالحاملات وقرا |
| | | Yağış yüklü buludlara; |
|
4678 | 51 | 3 | فالجاريات يسرا |
| | | Asanlıqla üzüb gedən gəmilərə; |
|