نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4667 | 50 | 37 | إن في ذلك لذكرى لمن كان له قلب أو ألقى السمع وهو شهيد |
| | | Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır. |
|
4668 | 50 | 38 | ولقد خلقنا السماوات والأرض وما بينهما في ستة أيام وما مسنا من لغوب |
| | | Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi. |
|
4669 | 50 | 39 | فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل الغروب |
| | | Sən onların dediklərinə səbir et! Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə! |
|
4670 | 50 | 40 | ومن الليل فسبحه وأدبار السجود |
| | | Gecənin bir vaxtında və səcdələrdən sonra Onun şəninə təriflər de! |
|
4671 | 50 | 41 | واستمع يوم يناد المناد من مكان قريب |
| | | Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır. |
|
4672 | 50 | 42 | يوم يسمعون الصيحة بالحق ذلك يوم الخروج |
| | | O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür. |
|
4673 | 50 | 43 | إنا نحن نحيي ونميت وإلينا المصير |
| | | Şübhəsiz ki, dirildən də, öldürən də Bizik. Dönüş də yalnız Bizədir. |
|
4674 | 50 | 44 | يوم تشقق الأرض عنهم سراعا ذلك حشر علينا يسير |
| | | O gün yer onlardan ötrü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə, onları bir yerə yığmaq Bizim üçün asandır. |
|
4675 | 50 | 45 | نحن أعلم بما يقولون وما أنت عليهم بجبار فذكر بالقرآن من يخاف وعيد |
| | | Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən Mənim təhdidimdən qorxanlara Quranla öyüd-nəsihət ver! |
|
4676 | 51 | 1 | بسم الله الرحمن الرحيم والذاريات ذروا |
| | | And olsun toz-torpağı ətrafa səpələyənlərə! |
|