نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4659 | 50 | 29 | ما يبدل القول لدي وما أنا بظلام للعبيد |
| | | Mənim Sözüm dəyişməzdir. Mən bəndələrə zülm edən deyiləm!” |
|
4660 | 50 | 30 | يوم نقول لجهنم هل امتلأت وتقول هل من مزيد |
| | | O gün Biz Cəhənnəmə: “Doldunmu?”– deyəcəyik. O isə: “Yenə varmı?”– deyəcəkdir. |
|
4661 | 50 | 31 | وأزلفت الجنة للمتقين غير بعيد |
| | | Cənnət müttəqilərə yaxınlaşdırılacaq, onlardan uzaqda olmayacaqdır. |
|
4662 | 50 | 32 | هذا ما توعدون لكل أواب حفيظ |
| | | Budur sizə vəd edilən Cənnət! O, hər bir tövbə edib Allaha üz tutan, Onun əmrinə riayət edən, |
|
4663 | 50 | 33 | من خشي الرحمن بالغيب وجاء بقلب منيب |
| | | Mərhəmətli Allahdan Onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. |
|
4664 | 50 | 34 | ادخلوها بسلام ذلك يوم الخلود |
| | | Ora sağ-salamat daxil olun! Bu, Əbədiyyət günüdür. |
|
4665 | 50 | 35 | لهم ما يشاءون فيها ولدينا مزيد |
| | | Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik hüzurumuzda bundan da artığı Allahı görmək vardır. |
|
4666 | 50 | 36 | وكم أهلكنا قبلهم من قرن هم أشد منهم بطشا فنقبوا في البلاد هل من محيص |
| | | Biz onlardan əvvəl özlərindən daha qüvvətli neçə-neçə nəsilləri məhv etdik. Onlar diyarbədiyar gəzib dolaşırdılar. Məgər əzabdan qaçıb qurtara bildilərmi?” |
|
4667 | 50 | 37 | إن في ذلك لذكرى لمن كان له قلب أو ألقى السمع وهو شهيد |
| | | Həqiqətən, bunda həssas qəlbi olan, hazır durub diqqətlə qulaq asan kimsə üçün ibrət vardır. |
|
4668 | 50 | 38 | ولقد خلقنا السماوات والأرض وما بينهما في ستة أيام وما مسنا من لغوب |
| | | Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq və Bizə heç bir yorğunluq üz vermədi. |
|