نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4653 | 50 | 23 | وقال قرينه هذا ما لدي عتيد |
| | | Yoldaşı (ona təhkim olunmuş mələk) deyəcəkdir: “Bu yanımdakı (Cəhənnəm üçün) hazırdır!” |
|
4654 | 50 | 24 | ألقيا في جهنم كل كفار عنيد |
| | | (Allah o iki mələyə buyuracaqdır:) “Atın Cəhənnəmə hər bir inadcıl kafiri; |
|
4655 | 50 | 25 | مناع للخير معتد مريب |
| | | Xeyrə mane olanı, (zülm etməklə, günah törətməklə) həddi aşanı, (Allahın birliyinə) şəkk edəni! |
|
4656 | 50 | 26 | الذي جعل مع الله إلها آخر فألقياه في العذاب الشديد |
| | | O kimsəni ki, Allahla yanaşı özünə başqa bir tanrı qəbul etdi. Atın onu şiddətli əzabın içinə!” |
|
4657 | 50 | 27 | قال قرينه ربنا ما أطغيته ولكن كان في ضلال بعيد |
| | | Yoldaşı (Şeytan və ya öz nəfsi) deyəcəkdir: “Ey Rəbbimiz! Onu mən azdırmadım. Fəqət o özü haqq yoldan çox azmışdı!” |
|
4658 | 50 | 28 | قال لا تختصموا لدي وقد قدمت إليكم بالوعيد |
| | | (Allah) buyuracaqdır: “Mənim hüzurumda mübahisə etməyin. Mən sizə (dünyada peyğəmbər vasitəsilə) bu əzabı bildirmişdim. |
|
4659 | 50 | 29 | ما يبدل القول لدي وما أنا بظلام للعبيد |
| | | Mənim hüzurumda söz güləşdirməyin. Mən bəndələrə (əbəs yerə) zülm edən deyiləm!” |
|
4660 | 50 | 30 | يوم نقول لجهنم هل امتلأت وتقول هل من مزيد |
| | | O gün Biz Cəhənnəmə: “Doldunmu?” – deyəcək, o isə: “Yenə varmı?” – deyə cavab verəcəkdir. |
|
4661 | 50 | 31 | وأزلفت الجنة للمتقين غير بعيد |
| | | Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. |
|
4662 | 50 | 32 | هذا ما توعدون لكل أواب حفيظ |
| | | (Onlara deyiləcəkdir:) “Bu, və’d olunduğunuz (Cənnətdir). O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan; |
|