نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4640 | 50 | 10 | والنخل باسقات لها طلع نضيد |
| | | Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. |
|
4641 | 50 | 11 | رزقا للعباد وأحيينا به بلدة ميتا كذلك الخروج |
| | | Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. |
|
4642 | 50 | 12 | كذبت قبلهم قوم نوح وأصحاب الرس وثمود |
| | | Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı. |
|
4643 | 50 | 13 | وعاد وفرعون وإخوان لوط |
| | | Ad qövmü, Firon xalqı, Lut tayfası, |
|
4644 | 50 | 14 | وأصحاب الأيكة وقوم تبع كل كذب الرسل فحق وعيد |
| | | Əykə əhli və Tubba qövmü – bunların hamısı elçiləri yalançı saydı və Mənim təhdidim gerçəkləşdi. |
|
4645 | 50 | 15 | أفعيينا بالخلق الأول بل هم في لبس من خلق جديد |
| | | Məgər Biz ilk yaradılışdan zəiflədikmi? Xeyr! Onlar yeni yaradılış olan dirilmə barəsində şübhə içindədirlər. |
|
4646 | 50 | 16 | ولقد خلقنا الإنسان ونعلم ما توسوس به نفسه ونحن أقرب إليه من حبل الوريد |
| | | İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq. |
|
4647 | 50 | 17 | إذ يتلقى المتلقيان عن اليمين وعن الشمال قعيد |
| | | Sağında və solunda iki mələk oturub onun əməllərini qeydə alır. |
|
4648 | 50 | 18 | ما يلفظ من قول إلا لديه رقيب عتيد |
| | | Dediyi elə bir söz yoxdur ki, onu yazmaq üçün yanında hazır durmuş gözətçi olmasın. |
|
4649 | 50 | 19 | وجاءت سكرة الموت بالحق ذلك ما كنت منه تحيد |
| | | Ölüm bihuşluğu həqiqətən gələcəkdir. Ey insan! Bu sənin uzaq qaçdığın şeydir. |
|