نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4633 | 50 | 3 | أإذا متنا وكنا ترابا ذلك رجع بعيد |
| | | Məgər biz ölüb torpağa qarışdıqdan sonra yenidən diriləcəyik? Bu, əlçatmaz bir qayıdışdır!” |
|
4634 | 50 | 4 | قد علمنا ما تنقص الأرض منهم وعندنا كتاب حفيظ |
| | | Həqiqətən, Biz yerin onlardan nəyi alıb əskiltdiyini bilirik. Bizdə hər şeyi qoruyan bir Kitab (Lövhi-məhfuz) vardır. |
|
4635 | 50 | 5 | بل كذبوا بالحق لما جاءهم فهم في أمر مريج |
| | | Lakin həqiqət onlara məlum olduqda onu yalan hesab etdilər. İndi onlar çaşqın vəziyyətdədirlər. |
|
4636 | 50 | 6 | أفلم ينظروا إلى السماء فوقهم كيف بنيناها وزيناها وما لها من فروج |
| | | Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. |
|
4637 | 50 | 7 | والأرض مددناها وألقينا فيها رواسي وأنبتنا فيها من كل زوج بهيج |
| | | Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. |
|
4638 | 50 | 8 | تبصرة وذكرى لكل عبد منيب |
| | | Bunu, Allaha üz tutan hər bir qul üçün ibrət və öyüd-nəsihət olsun deyə belə etdik. |
|
4639 | 50 | 9 | ونزلنا من السماء ماء مباركا فأنبتنا به جنات وحب الحصيد |
| | | Biz göydən bərəkətli su endirdik, onunla bağlar və biçilən taxıl dənələri bitirdik. |
|
4640 | 50 | 10 | والنخل باسقات لها طلع نضيد |
| | | Eləcə də meyvələri salxım-salxım asılmış hündür xurma ağacları bitirdik. |
|
4641 | 50 | 11 | رزقا للعباد وأحيينا به بلدة ميتا كذلك الخروج |
| | | Qullara ruzi olsun deyə belə etdik! Biz onunla ölü bir məmləkəti diriltdik. Dirilib qəbirdən çıxmaq da belədir. |
|
4642 | 50 | 12 | كذبت قبلهم قوم نوح وأصحاب الرس وثمود |
| | | Onlardan əvvəl Nuh qövmü, Rəss əhli, Səmud tayfası elçiləri yalançı saydı. |
|