نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4633 | 50 | 3 | أإذا متنا وكنا ترابا ذلك رجع بعيد |
| | | Məgər biz ölüb torpaq olduqdan sonra (yenidən diriləcəyik)? Bu, (həqiqətən) uzaq (qeyri-mümkün) bir qayıdışdır!” |
|
4634 | 50 | 4 | قد علمنا ما تنقص الأرض منهم وعندنا كتاب حفيظ |
| | | Həqiqətən, Biz yerin onlardan nəyi əskiltdiyini (onların tədriclə necə çürüdüb məhv etdiyini) bilirik. Dərgahımızda (hər şeyi) hifz edən bir Kitab (lövhi-məhfuz) vardır! |
|
4635 | 50 | 5 | بل كذبوا بالحق لما جاءهم فهم في أمر مريج |
| | | Lakin onlara haqq (Qur’an) gəldikdə onu yalan saydılar. İndi onlar dolaşıqlıq (təşvış) içindədirlər (sənə gah şair, gah sehrbaz, gah da kahin deyirlər). |
|
4636 | 50 | 6 | أفلم ينظروا إلى السماء فوقهم كيف بنيناها وزيناها وما لها من فروج |
| | | Məgər onlar başlarının üstündəki göyə baxıb onu necə yaratdığımızı, necə bəzədiyimizi və orada heç bir yarıq olmadığını görmürlərmi?! |
|
4637 | 50 | 7 | والأرض مددناها وألقينا فيها رواسي وأنبتنا فيها من كل زوج بهيج |
| | | Eləcə də yeri necə döşədiyimizi (hamarlayıb düzəltdiyimizi), orada möhkəm duran dağlar yaratdığımızı, hər cür gözəl növdən (meyvə) yetişdirdiyimizi görmürlərmi?! |
|
4638 | 50 | 8 | تبصرة وذكرى لكل عبد منيب |
| | | (Bütün bunlar Rəbbinə tərəf) dönüb qayıdan hər bir bəndə üçün ibrət dərsi və öyüd-nəsihət olsun deyə etdik. |
|
4639 | 50 | 9 | ونزلنا من السماء ماء مباركا فأنبتنا به جنات وحب الحصيد |
| | | Biz göydən bərəkətli su endirdik, sonra onunla bağlar və (arpa, buğda və s. kimi) biçilən taxıl dənələri yetişdirdik. |
|
4640 | 50 | 10 | والنخل باسقات لها طلع نضيد |
| | | Həm də tumurcuqları (salxım-salxım) bir-birinin üstünə düzülmüş, hündür xurma ağacları (bitirdik) – |
|
4641 | 50 | 11 | رزقا للعباد وأحيينا به بلدة ميتا كذلك الخروج |
| | | Bəndələrə ruzi olsun deyə! Biz onunla (o su ilə) ölü bir məmləkəti cana gətirdik. (Qəbirlərdən dirilib) çıxmaq da belədir! |
|
4642 | 50 | 12 | كذبت قبلهم قوم نوح وأصحاب الرس وثمود |
| | | Onlardan (Məkkə müşriklərindən) əvvəl Nuh tayfası, Rəss əhli, Səmud (qövmü peyğəmbərləri) təkzib etmişdi. |
|