نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4602 | 48 | 19 | ومغانم كثيرة يأخذونها وكان الله عزيزا حكيما |
| | | Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! |
|
4603 | 48 | 20 | وعدكم الله مغانم كثيرة تأخذونها فعجل لكم هذه وكف أيدي الناس عنكم ولتكون آية للمؤمنين ويهديكم صراطا مستقيما |
| | | Allah sizə çox-çox qənimətlər və’d buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö’minlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı). |
|
4604 | 48 | 21 | وأخرى لم تقدروا عليها قد أحاط الله بها وكان الله على كل شيء قديرا |
| | | Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək qənimətlər və’d buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə qadirdir! |
|
4605 | 48 | 22 | ولو قاتلكم الذين كفروا لولوا الأدبار ثم لا يجدون وليا ولا نصيرا |
| | | Əgər (Məkkə əhlindən sonra) o kafirlər sizinlə döyüşə girişsəydilər, mütləq arxa çevirib qaçacaq, özlərinə nə dost, nə də havadar tapacaqdılar. |
|
4606 | 48 | 23 | سنة الله التي قد خلت من قبل ولن تجد لسنة الله تبديلا |
| | | (Ya Peyğəmbər!) Allahın əvvəldən qoyduğu qayda-qanun (adət) belədir. Sən Allahın qayda-qanununda (adətində) heç vaxt bir dəyişiklik görə bilməzsən! (Həmişə peyğəmbərlər və mö’minlər qalib gəlmiş, kafirlər isə məğlub olmuşlar). |
|
4607 | 48 | 24 | وهو الذي كف أيديهم عنكم وأيديكم عنهم ببطن مكة من بعد أن أظفركم عليهم وكان الله بما تعملون بصيرا |
| | | Sizi onlara (müşriklərə) qalib etdikdən sonra Məkkə vadisində (Hüdeybiyyədə) onların əlini sizdən, sizin də əlinizi onlardan çəkən (onları sizinlə, sizi də onlarla vuruşmağa qoymayan) Odur. Allah sizin nə etdiklərinizi görəndir! (Peyğəmbər əshabəsi ilə Hüdeybiyyədə yerləşdiyi zaman səksən silahli Məkkə müşriki müsəlmanlara hücum etmək istəmiş, lakin əsir tutulub Peyğəmbərin yanına gətirilmiş, o da onlara heç bir cəza verməyib hamısını azad etmişdi. Muhəmməd əleyhissəlamın bu lütfü Hüdeybiyyə sülhünün imzalanmasına səbəb olmuşdu). |
|
4608 | 48 | 25 | هم الذين كفروا وصدوكم عن المسجد الحرام والهدي معكوفا أن يبلغ محله ولولا رجال مؤمنون ونساء مؤمنات لم تعلموهم أن تطئوهم فتصيبكم منهم معرة بغير علم ليدخل الله في رحمته من يشاء لو تزيلوا لعذبنا الذين كفروا منهم عذابا أليما |
| | | Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır (Məkkə müşrikləridir). Əgər (Məkkədə) tanımadığınız mö’min kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz mö’minlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi). Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (o zaman buna izin vermədi). Əgər onlar (mö’minlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik! |
|
4609 | 48 | 26 | إذ جعل الذين كفروا في قلوبهم الحمية حمية الجاهلية فأنزل الله سكينته على رسوله وعلى المؤمنين وألزمهم كلمة التقوى وكانوا أحق بها وأهلها وكان الله بكل شيء عليما |
| | | Kafirlər öz ürəklərində Cahiliyyət təkəbbürü təəssübünə qapıldıqları (Hüdeybiyyə sazişinə “bismillahir-rəhmanir-rəhim”, “Muhəmmədun rəsulullah” sözlərini yazmaqdan imtina etdikləri, hicrətin altıncı ilində Muhəmməd əleyhissəlamın Məkkəyə daxil olmasına razılıq vermədikləri) zaman Allah Peyğəmbərinə və mö’minlərə öz dərgahından arxayınlıq (qəlb rahatlığı, mə’nəvi möhkəmlik) göndərmiş və onlara təqva gəlməsini (la ilahə illallah, Muhəmmədun rəsulullah” sözünü) xas etmişdi. Onların bu sözə (Məkkə müşriklərindən) daha çox haqqı var idi və ona layiq idilər. Allah hər şeyi biləndir! |
|
4610 | 48 | 27 | لقد صدق الله رسوله الرؤيا بالحق لتدخلن المسجد الحرام إن شاء الله آمنين محلقين رءوسكم ومقصرين لا تخافون فعلم ما لم تعلموا فجعل من دون ذلك فتحا قريبا |
| | | And olsun ki, Allah-təala Öz Peyğəmbərinin (Məkkə fəthi) rö’yasının çin olduğunu təsdiq etdi. (Ey mö’minlər!) Siz, inşallah, əmin-amanlıqla, (bə’ziniz) başınızı qırxdırmış, (bə’ziniz saçınızı) qısaltmış halda və (müşriklərdən) qorxmadan Məscidülhərama daxil olacaqsınız. (Allah) sizin bilmədiklərinizi bilir. O bundan əlavə (sizə) tezliklə bir qələbə (Xeybərin fəthini) də bəxş edəcəkdir. (Doğrudan da, Muhəmməd əleyhissəlam hicrətin yeddinci ilində əshabəsi ilə birlikdə Məkkəyə ümrə ziyarətinə getdi və ziyarətdən əvvəl Xeybəri fəth etdi. Buna görə də bir işə girişməzdən əvvəl mütləq “inşallah” demək lazımdır!) |
|
4611 | 48 | 28 | هو الذي أرسل رسوله بالهدى ودين الحق ليظهره على الدين كله وكفى بالله شهيدا |
| | | Onu (islamı) bütün dinlərdən üstün etmək (onun bütün dinlərdən üstün olduğunu göstərmək) üçün Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərən Odur. (Ya Rəsulum! Sənin peyğəmbərliyinin həqiqiliyinə) Allahın şahid olması kifayət edər! |
|