نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4595 | 48 | 12 | بل ظننتم أن لن ينقلب الرسول والمؤمنون إلى أهليهم أبدا وزين ذلك في قلوبكم وظننتم ظن السوء وكنتم قوما بورا |
| | | Yoxsa (ey münafiqlər!) siz elə güman edirdiniz ki, Peyğəmbər və mö’minlər (döyüşdə həlak olub) bir daha öz ailələrinə qayıtmayacaqlar? Bu sizin ürəyinizə xoş gəlmiş və siz (Allah barəsində) pis fikrə düşmüşdünüz. Və (elə buna görə də) siz məhvə düçar edilmiş (yaxud xeyirsiz) bir qövm oldunuz! |
|
4596 | 48 | 13 | ومن لم يؤمن بالله ورسوله فإنا أعتدنا للكافرين سعيرا |
| | | Hər kəs Allaha və Onun Peyğəmbərinə iman gətirməsə, (bilsin ki) Biz kafirlər üçün cəhənnəm odu hazırlamışıq! |
|
4597 | 48 | 14 | ولله ملك السماوات والأرض يغفر لمن يشاء ويعذب من يشاء وكان الله غفورا رحيما |
| | | Göylərin və yerin hökmü Allahın əlindədir. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah bağışlayandır, rəhm edəndir! |
|
4598 | 48 | 15 | سيقول المخلفون إذا انطلقتم إلى مغانم لتأخذوها ذرونا نتبعكم يريدون أن يبدلوا كلام الله قل لن تتبعونا كذلكم قال الله من قبل فسيقولون بل تحسدوننا بل كانوا لا يفقهون إلا قليلا |
| | | Siz (Xeybərə) qənimət əldə etmək üçün getdiyiniz zaman (Hüdeybiyyə səfərinə) getməyənlər (səfərdən geri qalanlar) deyəcəklər: “Qoyun biz də sizin arxanızca gələk!” Onlar Allahın (ya Peyğəmbər! Hüdeybiyyə səfərinə getməyib evdə oturanları heç yerə aparma!) sözünü dəyişdirmək istəyirlər. (Ya Peyğəmbər! Onlara) de: “Siz əsla bizim arxamızca gəlməyəcəksiniz. Allah əvvəldən belə buyurmuşdur” Onlar deyəcəklər: Xeyr, siz bizə paxıllıq edirsiniz (istəmirsiniz ki, bizim də payımıza qənimət düşsün)”. Xeyr, onlar özləri çox az qanan kimsələrdir! |
|
4599 | 48 | 16 | قل للمخلفين من الأعراب ستدعون إلى قوم أولي بأس شديد تقاتلونهم أو يسلمون فإن تطيعوا يؤتكم الله أجرا حسنا وإن تتولوا كما توليتم من قبل يعذبكم عذابا أليما |
| | | (Hüdeybiyyə səfərindən) geri qalan bədəvi ərəblərə de: “Siz (bir müddətdən sonra) çox güclü bir qövmlə vuruşmağa çağırılacaqsınız. Siz onlarla vuruşacaqsınız, ya da onlar dönüb müsəlman olacaqlar (döyüşə ehtiyac qalmayacaqdır). Əgər itaət etsəniz, Allah sizə gözəl bir mükafat verər. Yox, əgər əvvəldə olduğu kimi (döyüşdən) üz çevirsəniz, (Allah) sizə ağrılı-acılı bir əzab verər”. |
|
4600 | 48 | 17 | ليس على الأعمى حرج ولا على الأعرج حرج ولا على المريض حرج ومن يطع الله ورسوله يدخله جنات تجري من تحتها الأنهار ومن يتول يعذبه عذابا أليما |
| | | (Cihada getməməyə görə) kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu (ağacları) altından çaylar axan cənnətlərə daxil edər. Kim (onlardan) üz döndərsə, (Allah) onu şiddətli bir əzaba düçar edər! |
|
4601 | 48 | 18 | لقد رضي الله عن المؤمنين إذ يبايعونك تحت الشجرة فعلم ما في قلوبهم فأنزل السكينة عليهم وأثابهم فتحا قريبا |
| | | (Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə bey’ət etdikləri zaman Allah mö’minlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mə’nəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı. |
|
4602 | 48 | 19 | ومغانم كثيرة يأخذونها وكان الله عزيزا حكيما |
| | | Həm də (Xeybərdə) ələ keçirəcəkləri çoxlu qənimətlərə (nail etdi). Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! |
|
4603 | 48 | 20 | وعدكم الله مغانم كثيرة تأخذونها فعجل لكم هذه وكف أيدي الناس عنكم ولتكون آية للمؤمنين ويهديكم صراطا مستقيما |
| | | Allah sizə çox-çox qənimətlər və’d buyurmuşdur; siz onları əldə edəcəksiniz. Bunu (Xeybərdəki bu qəniməti) isə sizə tezliklə verdi. Mö’minlərə işarə olsun və sizi doğru yola çıxartsın deyə, (Allah) insanların sizə qarşı uzanmış əllərini kəsdi (Xeybərdə müttəfiqlərin, yaxud Məkkə müşriklərinin müqavimətini qırdı). |
|
4604 | 48 | 21 | وأخرى لم تقدروا عليها قد أحاط الله بها وكان الله على كل شيء قديرا |
| | | Hələ əldə edə bilmədiyiniz başqa qənimətlər də (Allahın sizə Məkkənin fəthini, yaxud Hüneyn vuruşu, İranın fəthi və sonrakı neçə-neçə döyüşlər zamanı əldə ediləcək qənimətlər və’d buyurmuşdur). Allah onları (öz elmi ilə) ehtiva etmişdir. Allah hər şeyə qadirdir! |
|