نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4562 | 47 | 17 | والذين اهتدوا زادهم هدى وآتاهم تقواهم |
| | | Doğru yolu tapanlara gəldikdə isə, (Allah) onların doğruluğunu daha da artırar və onlara təqvalarının (mö’minliklərinin, Allahdan qorxub pis əməllərdən çəkinmələrinin) mükafatını verər! |
|
4563 | 47 | 18 | فهل ينظرون إلا الساعة أن تأتيهم بغتة فقد جاء أشراطها فأنى لهم إذا جاءتهم ذكراهم |
| | | Onlar (kafirlər) ancaq o saatın (qiyamət saatının) qəfildən başlarının üstünü almasınımı gözləyirlər? Onun əlamətləri artıq gəlmişdir. (Qiyamət saatı) onlara gəlib yetişdiyi zaman ibrət almaları (peşman olub tövbə etmələri) onlara nə fayda verər?! |
|
4564 | 47 | 19 | فاعلم أنه لا إله إلا الله واستغفر لذنبك وللمؤمنين والمؤمنات والله يعلم متقلبكم ومثواكم |
| | | (Ya Rəsulum!) Bil ki, Allahdan başqa heç bir tanrı yoxdur. (Ondan) həm öz günahlarının, həm də mö’min kişilərin və qadınların bağışlanmasını dilə. Allah gəzib-dolandığınız yeri də, dayanıb-duracağınız yeri də bilir! (Sizin gündüzlər-gecələr dünyada nə işlə məşğul olduğunuz, axirətdə harada olacağınız Allaha mə’lumdur. Ondan heç nə gizli qalmaz!) |
|
4565 | 47 | 20 | ويقول الذين آمنوا لولا نزلت سورة فإذا أنزلت سورة محكمة وذكر فيها القتال رأيت الذين في قلوبهم مرض ينظرون إليك نظر المغشي عليه من الموت فأولى لهم |
| | | Mö’minlər: “Kaş (cihad barəsində) bir surə nazil olaydı!” – deyirdilər. Elə ki möhkəm bir surə nazil olub orada döyüş (cihad əmri) bildirildi, (ya Rəsulum!) qəlblərində mərəz (şəkk və nifaq mərəzi) olanların sənə ölüm qorxusundan bayılmış kimsənin baxışı ilə baxdıqlarını gördün! Amma onlara daha çox yaraşardı - |
|
4566 | 47 | 21 | طاعة وقول معروف فإذا عزم الأمر فلو صدقوا الله لكان خيرا لهم |
| | | İtaət etmək və gözəl bir söz demək (sənin əmrini dinməz-söyləməz yerinə yetirmək). İş qətiləşdiyi (onlara cihad vacib olduğu) zaman Allaha (verdikləri və’də) sadiq olsaydılar, sözsüz ki, onlar üçün daha yaxşı olardı! |
|
4567 | 47 | 22 | فهل عسيتم إن توليتم أن تفسدوا في الأرض وتقطعوا أرحامكم |
| | | Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?! |
|
4568 | 47 | 23 | أولئك الذين لعنهم الله فأصمهم وأعمى أبصارهم |
| | | Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lə’nət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir! |
|
4569 | 47 | 24 | أفلا يتدبرون القرآن أم على قلوب أقفالها |
| | | Onlar Qur’an barəsində düşünməzlərmi? Yoxsa ürəklərinə kilid vurulmuşdur? (Yoxsa ürəklərinin öz kilidləri vardır?) |
|
4570 | 47 | 25 | إن الذين ارتدوا على أدبارهم من بعد ما تبين لهم الهدى الشيطان سول لهم وأملى لهم |
| | | Doğru yol özlərinə bəlli olduqdan sonra (dindən) dönənlərə Şeytan (bu dönüklüyü) xoş göstərdi və onları tovlayıb yoldan azdırdı (və ya: bu dönüklüyün müqabilində Allah onları zəlalətə saldı). |
|
4571 | 47 | 26 | ذلك بأنهم قالوا للذين كرهوا ما نزل الله سنطيعكم في بعض الأمر والله يعلم إسرارهم |
| | | Bu onların Allahın nazil etdiyini (cihad əmrini) bəyənməyənlərə (münafiqlərə): “Biz bə’zi işlərdə (Allahın və Muhəmməd əleyhissəlamın əmrlərini yerinə yetirməməkdə) sizə itaət edəcəyik!” – demələrinə görədir. Allah onların (bütün) sirlərini (gizli danışıqlarını) bilir! |
|