نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4549 | 47 | 4 | فإذا لقيتم الذين كفروا فضرب الرقاب حتى إذا أثخنتموهم فشدوا الوثاق فإما منا بعد وإما فداء حتى تضع الحرب أوزارها ذلك ولو يشاء الله لانتصر منهم ولكن ليبلو بعضكم ببعض والذين قتلوا في سبيل الله فلن يضل أعمالهم |
| | | Döyüşdə kafirlərlə qarşı-qarşıya gəldiyiniz zaman boyunlarını vurun. Nəhayət, onları qırıb zəiflətdikdə əsirlərə bağladığınız kəndirləri bərk çəkin. Sonra da onları ya rəhm edib fidyəsiz, ya da fidyə alıb azad edin. Müharibəyə son qoyulanadək kafirlərlə belə rəftar edin. Bax belə! Əgər Allah istəsəydi, onlardan döyüşsüz də intiqam alardı. Lakin O sizi biri-birinizlə sınağa çəkmək üçün belə etdi. Allah Öz yolunda öldürülənlərin əməllərini heç vaxt boşa çıxartmaz. |
|
4550 | 47 | 5 | سيهديهم ويصلح بالهم |
| | | Allah onları doğru yola yönəldəcək, onların halını yaxşılaşdıracaq |
|
4551 | 47 | 6 | ويدخلهم الجنة عرفها لهم |
| | | və onları özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir. |
|
4552 | 47 | 7 | يا أيها الذين آمنوا إن تنصروا الله ينصركم ويثبت أقدامكم |
| | | Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər. |
|
4553 | 47 | 8 | والذين كفروا فتعسا لهم وأضل أعمالهم |
| | | Qoy məhv olsun kafirlər! Allah onların əməllərini puça çıxardar. |
|
4554 | 47 | 9 | ذلك بأنهم كرهوا ما أنزل الله فأحبط أعمالهم |
| | | Bu ona görədir ki, onlar Allahın nazil etdiyinə nifrət etdilər, O da onların əməllərini puça çıxartdı. |
|
4555 | 47 | 10 | أفلم يسيروا في الأرض فينظروا كيف كان عاقبة الذين من قبلهم دمر الله عليهم وللكافرين أمثالها |
| | | Məgər onlar yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Allah onları yerli-dibli yox etmişdir. Kafirləri də buna bənzərləri gözləyir. |
|
4556 | 47 | 11 | ذلك بأن الله مولى الذين آمنوا وأن الكافرين لا مولى لهم |
| | | Bu ona görədir ki, Allah möminlərin Himayəçisidir. Kafirlərin isə heç bir himayəçisi yoxdur. |
|
4557 | 47 | 12 | إن الله يدخل الذين آمنوا وعملوا الصالحات جنات تجري من تحتها الأنهار والذين كفروا يتمتعون ويأكلون كما تأكل الأنعام والنار مثوى لهم |
| | | Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarında yerləşdirər. Kafirlər isə müvəqqəti olaraq kef çəkər, heyvan kimi yeyib-içərlər. Onların yeri Oddur! |
|
4558 | 47 | 13 | وكأين من قرية هي أشد قوة من قريتك التي أخرجتك أهلكناهم فلا ناصر لهم |
| | | Səni qovub çıxaran məmləkətindən daha qüvvətli neçə-neçə məmləkətlər var idi ki, Biz onları məhv etdik və onlara bir kömək edən də olmadı. |
|