نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4527 | 46 | 17 | والذي قال لوالديه أف لكما أتعدانني أن أخرج وقد خلت القرون من قبلي وهما يستغيثان الله ويلك آمن إن وعد الله حق فيقول ما هذا إلا أساطير الأولين |
| | | (Özünü Allaha, axirət gününə iman gətirməyə də’vət edən) ata-anasına: “Tfu sizə! Məndən əvvəl neçə-neçə nəsillər gəlib-getdiyi (öləndən sonra dirilmədiyi) halda, siz mənə (qiyamət günü dirildilib qəbirdən) çıxarılacağımımı və’d edirsiniz?! – deyən kimsəyə, (valideynləri) Allahdan mədəd diləyərək: “Vay halına! (Ay yazıq) inan, Allahın və’di haqdır!” – deyərlər. O isə: “Bu (dedikləriniz) qədimlərin əfsanələrindən (yalan sözlərdən) başqa bir şey deyildir!” – deyə cavab verər. |
|
4528 | 46 | 18 | أولئك الذين حق عليهم القول في أمم قد خلت من قبلهم من الجن والإنس إنهم كانوا خاسرين |
| | | Belələri özlərindən əvvəl gəlib getmiş və insanlardan ibarət (kafir) ümmətlərlə birlikdə haqlarında əzab sözünün (hökmünün) gerçəkləşdiyi kimsələrdir. Onlar, doğrudan da, ziyana uğrayanlardır! |
|
4529 | 46 | 19 | ولكل درجات مما عملوا وليوفيهم أعمالهم وهم لا يظلمون |
| | | Hamının (mö’minlərin və kafirlərin) etdiyi əməllərə görə (Cənnətdə və Cəhənnəmdə) dərəcələri vardır ki, (qiyamət günü) Allah onlara (dünyadakı) əməllərinin əvəzini (layiqincə) versin. Onlara əsla haqsızlıq edilməz. |
|
4530 | 46 | 20 | ويوم يعرض الذين كفروا على النار أذهبتم طيباتكم في حياتكم الدنيا واستمتعتم بها فاليوم تجزون عذاب الهون بما كنتم تستكبرون في الأرض بغير الحق وبما كنتم تفسقون |
| | | Kafir olanlar cəhənnəm oduna göstəriləcəkləri (cəhənnəm odunun üzündən pərdə götürülüb kafirlərin gözünə görünəcəyi, yaxud cəhənnəm əzabını dadacaqları) gün (onlara məzəmmətlə belə deyiləcəkdir): “Siz dünyada həyatınızda (bütün ne’mətləri görüb daddınız və onlardan ləzzət aldınız (dünyada sizin üçün gözəl olan hər şeyi xərclədiniz, axirətə bir şey qalmadı). Bu gün isə yer üzündə nahaq yerə təkəbbür göstərdiyinizə və (Allahın itaətindən çıxmış) fasiqlər olduğunuza görə həqarətli əzabla cəzalandırılacaqsınız!” |
|
4531 | 46 | 21 | واذكر أخا عاد إذ أنذر قومه بالأحقاف وقد خلت النذر من بين يديه ومن خلفه ألا تعبدوا إلا الله إني أخاف عليكم عذاب يوم عظيم |
| | | (Ya Rəsulum!) Ad qövmünün qardaşını (Hudu) da xatırla! Bir zaman o özündən əvvəl də, sonra da peyğəmbərlər gəlib-getmiş Əhqafda (yüksək qumsal təpələrdə) olan qövmünə belə demişdi: “Allahdan başqasına ibadət etməyin. Mən böyük günün (qiyamət gününün) sizə üz verəcək əzabından qorxuram!” |
|
4532 | 46 | 22 | قالوا أجئتنا لتأفكنا عن آلهتنا فأتنا بما تعدنا إن كنت من الصادقين |
| | | Onlar: “Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, bizə və’d etdiyini (əzabı) gətir görək!” – deyə cavab vermişdilər. |
|
4533 | 46 | 23 | قال إنما العلم عند الله وأبلغكم ما أرسلت به ولكني أراكم قوما تجهلون |
| | | (Hud) demişdi: “(Əzabın nə vaxt gələcəyini) ancaq Allah bilir. Mən sizə yalnız mənimlə göndərilənləri (risaləti, Allahın əmrlərini) təbliğ edirəm. Ancaq mən sizin cahil bir qövm olduğunuzu görürəm!” |
|
4534 | 46 | 24 | فلما رأوه عارضا مستقبل أوديتهم قالوا هذا عارض ممطرنا بل هو ما استعجلتم به ريح فيها عذاب أليم |
| | | Onu (özlərinə və’d olunmuş əzabı) vadilərinə tərəf üz tutub gələn bir bulud (şəklində) gördükləri zaman: “Bu bizə yağış yağdıracaq buluddur!” – dedilər. (Hud isə onlara belə dedi:) “Xeyr, bu sizin tez gəlməsini istədiyiniz şeydir, bir küləkdir ki, onda şiddətli əzab vardır! |
|
4535 | 46 | 25 | تدمر كل شيء بأمر ربها فأصبحوا لا يرى إلا مساكنهم كذلك نجزي القوم المجرمين |
| | | O öz Rəbbinin əmri ilə hər şeyi məhv edər!” Onlar (ertəsi gün) səhər çağı elə bir vəziyyətə düşdülər ki, evlərindən başqa heç bir şey görünmədi (hamısı məhv oldu). Biz günahkar qövmü belə cəzalandırırıq! |
|
4536 | 46 | 26 | ولقد مكناهم فيما إن مكناكم فيه وجعلنا لهم سمعا وأبصارا وأفئدة فما أغنى عنهم سمعهم ولا أبصارهم ولا أفئدتهم من شيء إذ كانوا يجحدون بآيات الله وحاق بهم ما كانوا به يستهزئون |
| | | (Ey Məkkə əhli!) And olsun ki, Biz onlara verdiyimiz imkanı (var-dövləti, qüdrəti) sizə verməmişdik. Biz onlara qulaq, göz və qəlb vermişdik, lakin nə qulaqları, nə gözləri, nə də qəlbləri onlara heç bir fayda vermədi. Çünki onlar Allahın ayələrini (bilə-bilə) inkar edirdilər. Onları istehza etdikləri (əzab) sardı. |
|