نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4513 | 46 | 3 | ما خلقنا السماوات والأرض وما بينهما إلا بالحق وأجل مسمى والذين كفروا عما أنذروا معرضون |
| | | Biz göyləri, yeri və onların arasında olanları ancaq bir həqiqət kimi və məlum bir zaman kəsimi üçün yaratdıq. Kafirlər isə xəbərdar edildikləri şeylərdən üz döndərdilər. |
|
4514 | 46 | 4 | قل أرأيتم ما تدعون من دون الله أروني ماذا خلقوا من الأرض أم لهم شرك في السماوات ائتوني بكتاب من قبل هذا أو أثارة من علم إن كنتم صادقين |
| | | De: “Bir deyin görək, sizin Allahdan başqa tapındıqlarınız yer üzündə nə yaratmışlar? Yoxsa onların göylərin yaradılmasında bir şərikliyi var? Əgər doğru danışanlarsınızsa, mənə bundan əvvəl nazil olmuş bir kitab və ya elmdən qalan bir əsər gətirin”. |
|
4515 | 46 | 5 | ومن أضل ممن يدعو من دون الله من لا يستجيب له إلى يوم القيامة وهم عن دعائهم غافلون |
| | | Allahı qoyub Qiyamət gününədək özünə cavab verə bilməyən əşyalara yalvaran kimsədən daha çox azmış kim ola bilər? Halbuki o bütlər onların yalvarışından xəbərsizdirlər. |
|
4516 | 46 | 6 | وإذا حشر الناس كانوا لهم أعداء وكانوا بعبادتهم كافرين |
| | | İnsanlar bir yerə toplanılacaqları zaman bütlər onlara düşmən kəsiləcək və onların ibadətini inkar edəcəklər. |
|
4517 | 46 | 7 | وإذا تتلى عليهم آياتنا بينات قال الذين كفروا للحق لما جاءهم هذا سحر مبين |
| | | Ayələrimiz onlara aydın şəkildə oxunarkən, artıq həqiqətin gəldiyini görüb onu inkar edən kafirlər: “Bu, açıq bir sehrdir!”– deyirlər. |
|
4518 | 46 | 8 | أم يقولون افتراه قل إن افتريته فلا تملكون لي من الله شيئا هو أعلم بما تفيضون فيه كفى به شهيدا بيني وبينكم وهو الغفور الرحيم |
| | | Yaxud: “Bunu özündən uydurmuşdur!” – deyirlər. De: “Əgər mən onu uydurmuşamsa, siz məni Allahdan gələn heç bir cəzadan xilas edə bilməzsiniz. O sizin Quran haqqındakı söz-söhbətlərinizi daha yaxşı bilir. Mənimlə sizin aranızda şahid kimi Allah yetər. O, Bağışlayandır, Rəhmlidir”. |
|
4519 | 46 | 9 | قل ما كنت بدعا من الرسل وما أدري ما يفعل بي ولا بكم إن أتبع إلا ما يوحى إلي وما أنا إلا نذير مبين |
| | | De: “Mən peyğəmbərlərin birincisi deyiləm. Mənə və sizə nə üz verəcəyini də bilmirəm. Mən sadəcə mənə vəhy olunana tabe oluram. Mən yalnız açıq-aşkar xəbərdar edənəm!” |
|
4520 | 46 | 10 | قل أرأيتم إن كان من عند الله وكفرتم به وشهد شاهد من بني إسرائيل على مثله فآمن واستكبرتم إن الله لا يهدي القوم الظالمين |
| | | De: “Bir deyin görək, əgər bu Quran Allah tərəfindəndirsə və siz də onu inkar etmisinizsə, İsrail oğullarından da bir şahid onun bənzərinə şahidlik edib iman gətiribsə, siz isə təkəbbür göstərmisinizsə, zülm etmiş olmazsınızmı? Allah zalımları doğru yola yönəltməz!” |
|
4521 | 46 | 11 | وقال الذين كفروا للذين آمنوا لو كان خيرا ما سبقونا إليه وإذ لم يهتدوا به فسيقولون هذا إفك قديم |
| | | Kafirlər möminlərə dedilər: “Əgər Quran xeyirli bir şey olsaydı, onlar bunda bizi qabaqlaya bilməzdilər!” Onlar bununla doğru yola gəlmədikləri üçün: “Bu, köhnə yalandır!”– deyəcəklər. |
|
4522 | 46 | 12 | ومن قبله كتاب موسى إماما ورحمة وهذا كتاب مصدق لسانا عربيا لينذر الذين ظلموا وبشرى للمحسنين |
| | | Ondan əvvəl Musanın rəhbər və mərhəmət olan Kitabı var idi. Bu isə zalımları qorxutmaq və yaxşı iş görənlərə müjdə vermək üçün ərəb dilində nazil edilmiş, əvvəlkiləri təsdiq edən bir Kitabdır. |
|