نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4500 | 45 | 27 | ولله ملك السماوات والأرض ويوم تقوم الساعة يومئذ يخسر المبطلون |
| | | Göylərin və yerin hökmranlığı ancaq Allaha məxsusdur. O Saatın gələcəyi gün – məhz o gün yalan danışanlar ziyana uğrayacaqlar. |
|
4501 | 45 | 28 | وترى كل أمة جاثية كل أمة تدعى إلى كتابها اليوم تجزون ما كنتم تعملون |
| | | Sən həmin gün bütün millətləri diz çökmüş görəcəksən. Hər millət öz əməl kitabına tərəf çağırılacaqdır. “Bu gün sizə etdiyiniz əməllərin əvəzi veriləcəkdir! |
|
4502 | 45 | 29 | هذا كتابنا ينطق عليكم بالحق إنا كنا نستنسخ ما كنتم تعملون |
| | | Bu Bizim sizin əleyhinizə həqiqəti söyləyən kitabımızdır. Şübhəsiz ki, Biz sizin etdiyiniz əməlləri yazdırmışıq!” |
|
4503 | 45 | 30 | فأما الذين آمنوا وعملوا الصالحات فيدخلهم ربهم في رحمته ذلك هو الفوز المبين |
| | | İman gətirib yaxşı işlər görənlərə gəlincə, Rəbbi onları Öz mərhəmətinə nəsib edəcəkdir. Bu, açıq-aşkar müvəffəqiyyətdir. |
|
4504 | 45 | 31 | وأما الذين كفروا أفلم تكن آياتي تتلى عليكم فاستكبرتم وكنتم قوما مجرمين |
| | | Kafir olanlara gəldikdə isə, onlara deyiləcəkdir: “Məgər ayələrim sizə oxunmurdumu? Siz isə təkəbbür göstərirdiniz və günahkar adamlar idiniz. |
|
4505 | 45 | 32 | وإذا قيل إن وعد الله حق والساعة لا ريب فيها قلتم ما ندري ما الساعة إن نظن إلا ظنا وما نحن بمستيقنين |
| | | Sizə: “Allahın vədi haqdır və o Saata heç bir şəkk-şübhə yoxdur!”– deyildiyi zaman: “Biz o Saatın nə olduğunu bilmirik! Onun ancaq bir zənn olduğunu güman edirik. Biz buna əmin deyilik!”– deyirdiniz”. |
|
4506 | 45 | 33 | وبدا لهم سيئات ما عملوا وحاق بهم ما كانوا به يستهزئون |
| | | Onların etdikləri pis əməllər özlərinin qarşısına çıxacaq, istehza etdikləri əzab onları bürüyəcək |
|
4507 | 45 | 34 | وقيل اليوم ننساكم كما نسيتم لقاء يومكم هذا ومأواكم النار وما لكم من ناصرين |
| | | və onlara deyiləcəkdir: “Siz bu gününüzlə qarşılaşacağınızı unutduğunuz kimi, Biz də bu gün sizi unudacağıq. Sizin sığınacaq yeriniz Cəhənnəmdir. Sizin köməkçiləriniz də olmayacaqdır. |
|
4508 | 45 | 35 | ذلكم بأنكم اتخذتم آيات الله هزوا وغرتكم الحياة الدنيا فاليوم لا يخرجون منها ولا هم يستعتبون |
| | | Bu ona görədir ki, siz Allahın ayələrini məsxərəyə qoyurdunuz və dünya həyatı sizi aldatmışdı”. Bu gün onlar oradan çıxarılmayacaq və onlardan tövbə etmələri tələb olunmayacaqdır. |
|
4509 | 45 | 36 | فلله الحمد رب السماوات ورب الأرض رب العالمين |
| | | Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allaha həmd olsun! |
|