نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4463 | 44 | 49 | ذق إنك أنت العزيز الكريم |
| | | Dad bu əzabı! Sən ki qüdrətli və şərəfli idin. |
|
4464 | 44 | 50 | إن هذا ما كنتم به تمترون |
| | | Sizin şübhə etdiyiniz əzab budur! |
|
4465 | 44 | 51 | إن المتقين في مقام أمين |
| | | Allahdan qorxanlar isə təhlükəsiz bir yerdə – |
|
4466 | 44 | 52 | في جنات وعيون |
| | | bağçalarda və çeşmələr başında olacaqlar! |
|
4467 | 44 | 53 | يلبسون من سندس وإستبرق متقابلين |
| | | Taftadan və atlazdan libaslar geyib qarşı-qarşıya əyləşəcəklər. |
|
4468 | 44 | 54 | كذلك وزوجناهم بحور عين |
| | | Bax belə! Üstəlik onları iri qaragözlü hurilərlə də evləndirəcəyik. |
|
4469 | 44 | 55 | يدعون فيها بكل فاكهة آمنين |
| | | Onlar orada əmin-amanlıq içində hər meyvədən istəyəcəklər. |
|
4470 | 44 | 56 | لا يذوقون فيها الموت إلا الموتة الأولى ووقاهم عذاب الجحيم |
| | | Onlar orada ilk ölümdən başqa heç bir ölüm dadmayacaqlar. Allah onları Cəhənnəm əzabından qorumuşdur – |
|
4471 | 44 | 57 | فضلا من ربك ذلك هو الفوز العظيم |
| | | sənin Rəbbinin lütfkarlığı sayəsində. Məhz bu, böyük uğurdur. |
|
4472 | 44 | 58 | فإنما يسرناه بلسانك لعلهم يتذكرون |
| | | Biz Quranı sənin dilində asanlaşdırdıq ki, onlar öyüd-nəsihət ala bilsinlər. |
|