نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4442 | 44 | 28 | كذلك وأورثناها قوما آخرين |
| | | (Onları) belə (cəzalandırdıq) və ona (onların sərvətlərinə, mülklərinə) başqalarını (İsrail oğullarını) varis etdik! |
|
4443 | 44 | 29 | فما بكت عليهم السماء والأرض وما كانوا منظرين |
| | | Onlardan ötrü nə göy, nə də yer ağladı. Onlara (tövbə etməyə) imkan da verilmədi! (Əksinə, elə bu dünyada cəzalarına çatdılar; axirət əzabı isə daha şiddətli olacaqdır. Budur küfrün nəticəsi!) |
|
4444 | 44 | 30 | ولقد نجينا بني إسرائيل من العذاب المهين |
| | | İsrail oğularını isə o alçaldıcı əzabdan qurtardıq, |
|
4445 | 44 | 31 | من فرعون إنه كان عاليا من المسرفين |
| | | Fir’ondan (xilas etdik). Həqiqətən, o, təkəbbür göstərən, həddi aşanlardan idi! |
|
4446 | 44 | 32 | ولقد اخترناهم على علم على العالمين |
| | | And olsun ki, Biz onları (İsrail övladını) Özümüz bilə-bilə aləmlərdən (bir hikməti-ilahi ilə zəmanələrindəki bəşər əhlindən) üstün tutduq. |
|
4447 | 44 | 33 | وآتيناهم من الآيات ما فيه بلاء مبين |
| | | Onlara (özlərini necə aparacaqlarını bilmək üçün) hər biri açıq-aşkar bir imtahan olan mö’cüzələr (dənizin yarılması, bildirçin əti, qüdrət halvası və s.) verdik. |
|
4448 | 44 | 34 | إن هؤلاء ليقولون |
| | | (Ya Peyğəmbər!) Bunlar (sənin qövmünün müşrikləri) mütləq deyəcəklər: |
|
4449 | 44 | 35 | إن هي إلا موتتنا الأولى وما نحن بمنشرين |
| | | “Bu (ölüm) elə bizim ilk (və son) ölümümüzdür ki var. Biz bir daha dirildiləcək deyilik! |
|
4450 | 44 | 36 | فأتوا بآبائنا إن كنتم صادقين |
| | | Əgər (öləndən sonra Allahın bizi dirildəcəyini) doğru deyirsinizsə, (bizdən qabaq ölmüş) atalarımızı (dirildib) gətirin görək!” |
|
4451 | 44 | 37 | أهم خير أم قوم تبع والذين من قبلهم أهلكناهم إنهم كانوا مجرمين |
| | | (Ya Peyğəmbər!) Bunlar (Məkkə müşrikləri) yaxşıdır (qüvvətlidir), yoxsa (Yəmən padşahlarından Tövrata inanan Əbu Kərb Əs’ədin) Tübbə’ qövmü, yaxud onlardan əvvəlkilər?! (Ad, Səmud, Mədyən və Əykə tayfaları?!) Günah işlədikləri üçün Biz onları məhv etdik. |
|