نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4432 | 44 | 18 | أن أدوا إلي عباد الله إني لكم رسول أمين |
| | | (O demişdi:) “Allahın bəndələrini (İsrail oğullarını) mənə verin. Həqiqətən, mən sizin üçün mö’təbər (güvəniləsi, sözündə düz, əmanətə xəyanət etməyən) bir peyğəmbərəm! |
|
4433 | 44 | 19 | وأن لا تعلوا على الله إني آتيكم بسلطان مبين |
| | | Allaha qarşı təkəbbür göstərməyin. Həqiqətən, mən sizə (dediklərimin düzgünlüyünü sübut edən) açıq-aşkar bir dəlil gətirmişəm!” |
|
4434 | 44 | 20 | وإني عذت بربي وربكم أن ترجمون |
| | | (Onlar Musanı daşqalaq edəcəkləri ilə hədələdilər. Musa dedi:) “Mən sizin məni daşqalaq etmənizdən mənim də Rəbbim, sizin də Rəbbiniz olan Allaha pənah aparıram! |
|
4435 | 44 | 21 | وإن لم تؤمنوا لي فاعتزلون |
| | | Əgər mənə iman gətirməyəcəksinizsə, məndən uzaq olun!” |
|
4436 | 44 | 22 | فدعا ربه أن هؤلاء قوم مجرمون |
| | | Sonra (Musa) Rəbbinə belə dua etdi: “Həqiqətən, bunlar günahkar bir qövmdür! (Pərvərdigara! Bunlara layiq olduqları cəzanı ver!)” |
|
4437 | 44 | 23 | فأسر بعبادي ليلا إنكم متبعون |
| | | (Allah buyurdu:) “Bəndələrimi (İsrail oğullarını) götürüb gecə ikən onlarla yola çıx. Siz (Fir’on və onun qövmü tərəfindən) tə’qib olunacaqsınız! |
|
4438 | 44 | 24 | واترك البحر رهوا إنهم جند مغرقون |
| | | Dənizi də açıq (və sakit) burax! (Dəryanı – Nil çayını keçdikdən sonra əsanı suya vurub orada açılmış yolları bağlama. Qoy Fir’on və qoşunu dəryada yollar açıldığını görüb ora girsinlər). Onlar suya qərq olacaq əsgərlərdir!” |
|
4439 | 44 | 25 | كم تركوا من جنات وعيون |
| | | (Fir’onun bütün ə’yan-əşrafı və əsgərləri boğulub tələf oldular). Onlar (özlərindən sonra) neçə-neçə bağlar, çeşmələr qoyub getdilər; |
|
4440 | 44 | 26 | وزروع ومقام كريم |
| | | Neçə-neçə əkinlər, gözəl yerlər (möhtəşəm qəsrlər). |
|
4441 | 44 | 27 | ونعمة كانوا فيها فاكهين |
| | | Və zövq aldıqları neçə-neçə ne’mətlər (tərk etdilər). |
|