نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4421 | 44 | 7 | رب السماوات والأرض وما بينهما إن كنتم موقنين |
| | | Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir. |
|
4422 | 44 | 8 | لا إله إلا هو يحيي ويميت ربكم ورب آبائكم الأولين |
| | | Ondan başqa ibadətə layiq olan məbud yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbidir. |
|
4423 | 44 | 9 | بل هم في شك يلعبون |
| | | Lakin onlar şəkkə qapılıb əylənirlər. |
|
4424 | 44 | 10 | فارتقب يوم تأتي السماء بدخان مبين |
| | | Sən göydən aşkar bir tüstü gələcəyi günü gözlə. |
|
4425 | 44 | 11 | يغشى الناس هذا عذاب أليم |
| | | O tüstü ki, insanları bürüyəcəkdir. Bu, ağrılı-acılı bir əzabdır. |
|
4426 | 44 | 12 | ربنا اكشف عنا العذاب إنا مؤمنون |
| | | Onlar: “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar, biz də iman gətirək”– deyəcəklər. |
|
4427 | 44 | 13 | أنى لهم الذكرى وقد جاءهم رسول مبين |
| | | Onlar necə öyüd-nəsihət eşidə bilərlər ki, artıq onlara açıq-aşkar bir peyğəmbər gəlsə də, |
|
4428 | 44 | 14 | ثم تولوا عنه وقالوا معلم مجنون |
| | | onlar ondan üz çevirib: “Öyrədilmiş bir dəlidir!”– dedilər. |
|
4429 | 44 | 15 | إنا كاشفو العذاب قليلا إنكم عائدون |
| | | Biz əzabı bir az sizdən uzaqlaşdırarıq, amma siz yenə azğınlığa qayıdacaqsınız. |
|
4430 | 44 | 16 | يوم نبطش البطشة الكبرى إنا منتقمون |
| | | Kafirləri böyük bir müsibətlə yaxalayacağımız gün, Biz onlardan intiqam alacağıq. |
|