نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4417 | 44 | 3 | إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين |
| | | Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! |
|
4418 | 44 | 4 | فيها يفرق كل أمر حكيم |
| | | Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur – |
|
4419 | 44 | 5 | أمرا من عندنا إنا كنا مرسلين |
| | | Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk – |
|
4420 | 44 | 6 | رحمة من ربك إنه هو السميع العليم |
| | | Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir! |
|
4421 | 44 | 7 | رب السماوات والأرض وما بينهما إن كنتم موقنين |
| | | O, göylərin, yerin və onların arasında olanların (bütün məxluqatın) Rəbbidir. (Ey Məkkə əhli!) Əgər (Allahın haqq olduğuna) tam yəqinliklə inanırsınızsa (bilin ki, Muhəmməd əleyhissəlam da Onun Peyğəmbəridir)! |
|
4422 | 44 | 8 | لا إله إلا هو يحيي ويميت ربكم ورب آبائكم الأولين |
| | | Ondan başqa heç bir tanrı yoxdur. O həm dirildir, həm də öldürür. O həm sizin Rəbbiniz, həm də ulu babalarınızın Rəbbidir. |
|
4423 | 44 | 9 | بل هم في شك يلعبون |
| | | Lakin onlar (Məkkə müşrikləri) şəkk içində qalıb oyun oynayırlar (Allaha, qiyamətə ürəkdən inanmır, Qur’ana və Peyğəmbərə istehza edirlər). |
|
4424 | 44 | 10 | فارتقب يوم تأتي السماء بدخان مبين |
| | | (Ya Peyğəmbər!) Sən göyün aşkar bir dumana bürünəcəyi günü gözlə! (O gün müşriklərə elə bir aclıq üz verəcəkdir ki, gözləri qaranlıq gətirib yerlə göyün arasını, sanki bir duman bürüdüyünü görəcəklər!) |
|
4425 | 44 | 11 | يغشى الناس هذا عذاب أليم |
| | | (Elə bir duman ki) insanları saracaqdır. Bu, şiddətli bir əzabdır! (Doğrudan da, Qüreyş müşriklərinə küfrləri üzündən belə bir aclıq üz vermiş, onlar çarəsizlikdən napak şeyləri belə yeməyə məcbur olmuşlar). |
|
4426 | 44 | 12 | ربنا اكشف عنا العذاب إنا مؤمنون |
| | | (Belə bir bəlaya uğrayan müşriklər deyəcəklər:) “Ey Rəbbimiz! Bizi bu əzabdan qurtar. Biz, həqiqətən iman gətirəcəyik!” (Məkkə müşriklərinin bu yalvarışından sonra Peyğəmbər əleyhissəlam Allaha dua etmiş, Allah da onları həmin bəladan qurtarmışdı. Lakin müşriklərin çoxu öz sözünün üstündə durmamışdı). |
|