نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4412 | 43 | 87 | ولئن سألتهم من خلقهم ليقولن الله فأنى يؤفكون |
| | | Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər! |
|
4413 | 43 | 88 | وقيله يا رب إن هؤلاء قوم لا يؤمنون |
| | | Peyğəmbər dedi: “Ey Rəbbim! Bunlar iman gətirməyən adamlardır!” |
|
4414 | 43 | 89 | فاصفح عنهم وقل سلام فسوف يعلمون |
| | | Onlara “Salam!” deyib, vaz keç. Onlar tezliklə biləcəklər. |
|
4415 | 44 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha. Mim. |
|
4416 | 44 | 2 | والكتاب المبين |
| | | And olsun bu aydın Kitaba! |
|
4417 | 44 | 3 | إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين |
| | | Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq. |
|
4418 | 44 | 4 | فيها يفرق كل أمر حكيم |
| | | Hər bir hikmətli iş o gecədə ayırd edilir – |
|
4419 | 44 | 5 | أمرا من عندنا إنا كنا مرسلين |
| | | dərgahımızdan vəhy edilən əmr ilə. Həqiqətən, kitabları və elçiləri Biz göndəririk – |
|
4420 | 44 | 6 | رحمة من ربك إنه هو السميع العليم |
| | | sənin Rəbbindən mərhəmət olaraq. Şübhəsiz ki, O, Eşidəndir, Biləndir. |
|
4421 | 44 | 7 | رب السماوات والأرض وما بينهما إن كنتم موقنين |
| | | Əgər yəqinliklə inanırsınızsa, bilin ki, Allah göylərin, yerin və onların arasında olanların Rəbbidir. |
|