نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4411 | 43 | 86 | ولا يملك الذين يدعون من دونه الشفاعة إلا من شهد بالحق وهم يعلمون |
| | | (Müşriklərin) Ondan qeyri ibadət etdikləri (Allah yanında heç bir kəs üçün) şəfaət edə bilməzlər. Ancaq haqqa şəhadət verənlər (dildə və ürəkdə “la ilahə illallah” deyənlər) müstəsnadır. Onlar (dediklərinin haqq olduğunu) bilirlər. (Məhz belələri Allahın izni ilə şəfaət edə bilmək şərəfinə nail olacaqlar). |
|
4412 | 43 | 87 | ولئن سألتهم من خلقهم ليقولن الله فأنى يؤفكون |
| | | And olsun ki, əgər onlardan özlərini kimin yaratdığını soruşsan, mütləq: “Allah!” – deyə cavab verəcəklər! Elə isə (haqdan) necə döndərilirlər? |
|
4413 | 43 | 88 | وقيله يا رب إن هؤلاء قوم لا يؤمنون |
| | | Onun (Muhəmməd əleyhissəlamın): “Ey Rəbbim! Bunlar iman gətirməyən bir qövmdür!” – deməsi də (dərgahımızda mə’lumdur)! |
|
4414 | 43 | 89 | فاصفح عنهم وقل سلام فسوف يعلمون |
| | | (Ya Peyğəmbər!) Onlardan üz çevir və (arada düşmənçilik, kin-küdurət olmasın deyə, rastlaşdıqda) “Salam!” de. Onlar (küfrləri üzündən başlarına nə gələcəyini) mütləq biləcəklər! |
|
4415 | 44 | 1 | بسم الله الرحمن الرحيم حم |
| | | Ha, Mim! |
|
4416 | 44 | 2 | والكتاب المبين |
| | | (Haqqı batildən, halalı haramdan ayıran) açıq-aydın Kitaba and olsun ki, |
|
4417 | 44 | 3 | إنا أنزلناه في ليلة مباركة إنا كنا منذرين |
| | | Biz onu mübarək bir gecədə (qədr gecəsində) nazil etdik. Biz (o Kitab vəsitəsilə kafirləri Öz əzabımızla) qorxuduruq! |
|
4418 | 44 | 4 | فيها يفرق كل أمر حكيم |
| | | Hər bir hikmətli (dəyişilməsi mümkün olmayan) iş o gecə hökm (ayırd) olunur – |
|
4419 | 44 | 5 | أمرا من عندنا إنا كنا مرسلين |
| | | Dərgahımızdan bir buyuruq olaraq! Həqiqətən, (peyğəmbərləri) Biz göndəririk – |
|
4420 | 44 | 6 | رحمة من ربك إنه هو السميع العليم |
| | | Sənin Rəbbindən (bəndələrə) bir mərhəmət olaraq (ya Peyğəmbər!). Şübhəsiz ki, O (hər şeyi) eşidəndir, (hər şeyi) biləndir! |
|