نتائج البحث: 6236
|
ترتيب الآية | رقم السورة | رقم الآية | الاية |
4403 | 43 | 78 | لقد جئناكم بالحق ولكن أكثركم للحق كارهون |
| | | Biz sizə haqqı təqdim etdik, lakin çoxunuz haqqı xoşlamırdı. |
|
4404 | 43 | 79 | أم أبرموا أمرا فإنا مبرمون |
| | | Yoxsa müşriklər işə qəti qərarmı verdilər? Əslində, qəti qərarı Biz veririk. |
|
4405 | 43 | 80 | أم يحسبون أنا لا نسمع سرهم ونجواهم بلى ورسلنا لديهم يكتبون |
| | | Yoxsa onlar elə hesab edirlər ki, Biz onların sirlərini və gizli danışıqlarını eşitmirik? Xeyr! Yanlarında əməllərini yazan elçilərimiz vardır. |
|
4406 | 43 | 81 | قل إن كان للرحمن ولد فأنا أول العابدين |
| | | De: “Əgər Mərhəmətli Allahın övladı olsaydı, ona ilk ibadət edən mən olardım. |
|
4407 | 43 | 82 | سبحان رب السماوات والأرض رب العرش عما يصفون |
| | | Göylərin və yerin Rəbbi, Ərşin Rəbbi müqəddəsdir və onların Ona aid etdikləri sifətlərdən uzaqdır!” |
|
4408 | 43 | 83 | فذرهم يخوضوا ويلعبوا حتى يلاقوا يومهم الذي يوعدون |
| | | Onları burax, qoy vəd olunduqları günə qovuşanadək batil işlərə dalsınlar və bir müddət əylənsinlər. |
|
4409 | 43 | 84 | وهو الذي في السماء إله وفي الأرض إله وهو الحكيم العليم |
| | | Göydə də məbud, yerdə də məbud yalnız Odur. O, Müdrikdir, Biləndir. |
|
4410 | 43 | 85 | وتبارك الذي له ملك السماوات والأرض وما بينهما وعنده علم الساعة وإليه ترجعون |
| | | Göylərin, yerin və onların arasında olan hər şeyin sahibi olan Allah nə qədər xeyirxahdır! O Saat haqqında bilgi Ondadır və siz Onun hüzuruna qaytarılacaqsınız. |
|
4411 | 43 | 86 | ولا يملك الذين يدعون من دونه الشفاعة إلا من شهد بالحق وهم يعلمون |
| | | Müşriklərin Onu qoyub yalvardıqları tanrılar şəfaət verə bilməzlər. Mənasını bilərək haqqa şəhadət verənlər isə istisnadır. |
|
4412 | 43 | 87 | ولئن سألتهم من خلقهم ليقولن الله فأنى يؤفكون |
| | | Əgər onlardan özlərini kimin yaratdığını soruşsan, əlbəttə: “Allah!”– deyərlər. Gör necə də haqdan döndərilirlər! |
|